Məhkəmə qərarları › İş №8(020)-110/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-110/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-110/2025 04.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Beyləqan rayon 1 saylı Notariat Kontorunin 24 dekabr 2024-cü il tarixli, 8i-8539 nömrəli icra sənədi üzrə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 verdiyi təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Beyləqan RİPŞ) icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəməyə verdiyi təqdimatında Beyləqan rayon 1 saylı Notariat Kontorunin 24 dekabr 2024-cü il tarixli, 8i-8539 nömrəli icra sənədi (bundan sonra – həmin icra sənədi) üzrə Borclu (bundan sonra borclu) mülkiyyətində olan “X4” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 09 yanvar 2025-ci il tarixli qərarla icraatına başlanılmış həmin icra sənədinə əsasən borclu 1398,59 manat məbləğində pulun tutulub tələbkar "xxxx" ASC -yə (bundan sonra – tələbkar) ödənilməlidir. İcra sənədi üzrə borcluya 09 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu icra sənədi üzrə tələbkara olan borcu ödəmədiyinə görə borclunun adına dövlət qeydiyyatına alınmaqla, mülkiyyətində olan “X4” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə göstərilənlərə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - həmin icra sənədinin surətindən görünür ki, borcludan cəmi 1398,59 manat məbləğində pul tutulub tələbkara ödənilməlidir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışda göstərilmişdir ki, “X4” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirilərindən biridir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərə və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, borclular həmin icra sənədinin icrasını könüllü qaydada təmin etmədiyinə və icra sənədinin icrasının “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş məcburi icra tədbiri tətbiq edilməklə təmin edilməsinə zərurət yarandığına görə təqdimat təmin edilməli, Borclu adına dövlət qeydiyyatına alınmaqla, mülkiyyətində olan “X4” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan rayon 1 saylı Notariat Kontorunin 24 dekabr 2024-cü il tarixli, 8i-8539 nömrəli icra sənədinin təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “X4” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar