Məhkəmə qərarları › İş №8(020)-111/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-111/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-111/2025 14.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2022-ci il tarixli, 2(049)-744/2022 saylı icra sənədinə əsasən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “KHAZAR SD” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2022-ci il tarixli, 2(049)-744/2022 saylı icra sənədinə əsasən Borclu 4038.16 ABŞ dolları məbləğində pul vəsaiti və 112 manat dövlət rüsumu tutularaq tələbkar Qapalı Səhmdar Cəmiyyəti "BANK STANDARD" Kommersiya Bankının (Ləğv prosesindədir xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "KHAZAR SD" minik markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri kimi Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərardadı ilə borcluya məxsus "KHAZAR SD" minik markalı, ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin, icraata xitam verilməsi haqqında Beyləqan rayon İcra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Borclu banka olan borcunu tam şəkildə ödəmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu məxsus “KHAZAR SD” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 05 iyun 2022-ci il tarixli, 2(049)-744/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “KHAZAR SD” markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Beyləqan Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli, 8(020)-04/2020 saylı qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar