Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-115/2025 21.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2*18-ci il tarixli, 2(*2*)-1566/2*18 saylı məhkəmə əmri ilə müəyyən edimiş borcun indeksləşdirilməsinə dair Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2*18-ci il tarixli, 2(*2*)-1566/2*18 saylı məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular Borclu1 və Borclu2 tərəfindən ödənilməyən 976 manat məbləğində əsas borcun indeksasiyası barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon 11 iyul 2*18-ci il tarixli, 2(*2*)- 1566/2*18 saylı məhkəmə əmrinə əsasən, borclular Borclu1 və Borclu2 cəmi 976 manat məbləğində pulun müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 976 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş tələbkar və borclu məhkəməyə gəlməmişlər. Tələbkar ərizə ilə müraciət edərək onun iştirakı olmadan məhkəımə iclasının keçirilməsini xahiş etmişdir. Borclular isə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icra işindən görünür ki, borclular qeyd olunan məhkəmə əmri ilə müəyyən edilmiş borc məbləğini ödəmədiklərinə görə barələrində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2 - məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 232.1 - tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2 - ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddə 21.1 - zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2 - zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2*25-ci il tarixli Qərarına əsasən;
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.
2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinəəsaslanaraq bu faizlərləəhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6* və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair 17 iyun 2*15-ci il tarixli Qərarına əsasən;
1. Azərbaycan Respublikası Konstitusiyasının 6* və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin vəəmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsin əəsasən vətəndaşların pul gəlirlərinin vəəmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsindəəldə edilmiş statistika melumatı əsasında hesablanır, istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası 129-cu maddəsinin: 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; 2-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. "İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinəəsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. "Moroko Rusiyaya qarşı iş üzrə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 12.*6.2**8-ci il tarixli Qərarında Avropa Məhkəməsi ödənilməli pul məbləğlərinin indeksasiyasını məhkəmə qərarının uzun müddət icra edilməməsi nəticəsində inflyasiya itkilərinin kompensasiya olunmasının səmərəli tədbiri kimi tanımışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2*-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1* oktyabr 2*17-ci il tarixli Qərarında göstərilmişdir, Konstitusiya və Beynəlxalq-hüquqi aktların tələblərinə görəədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir....Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 23*), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,1*, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair *2 sentyabr 2*15-ci il tarixli qərarında hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə edilmiş hüquqi mövqelərəəsasən işə baxmış məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirilməsi məhz qanuni qüvvəyə minmiş qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiq edilməsi zərurəti pulun inflyasiyaya uğraması ilə əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində nəzərdə tutulmuş indeksləşdirmənin tətbiqi inflyasiya prosesləri iləəlaqədar tələbkarın əmlak maraqlarının müdafiəsinin prosessual təminatıdır. Başqa sözlə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinəəsasən qətnamənin icrası zamanı tutulmalı (ödənilməli) pul məbləğlərinin indeksasiyası tutulmuş pul məbləğlərinin dəyərinin inflyasiya şəraitində itirilməsi ilə əlaqədar (qətnamədə tutulmuş pul məbləğinin icra zamanı müvafiq pul məbləğinin dəyərini ifadə etməməsi, yəni qətnamədə tutulmuş pul məbləğinin icra zamanı dəyərsizləşməsi iləəlaqədar) tələbkarın hüquqlarının müdafiəsinin real təminatına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, indeksasiya pul vəsaitlərinin alıcılıq qabiliyyətinin qorunması üsulu olduğundan indeksasiya haqqında tələblərə iddia müddəti şamil olunmur, yəni inflyasiya iləəlaqədar malların dəyərinin bir qayda olaraq artması səbəbindən eyni pul vəsaitləri məbləğinə müxtəlif dövrlər ərzində fərqli həcmdə mallar almaq olar. Məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2*18-ci il tarixli, 2(*2*)- 1566/2*18 saylı məhkəmə əmri ilə müəyyən edilmiş ödənilməli borc məbləği indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ: Ərizə qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 11 iyul 2*18-ci il tarixli, 2(*2*)-1566/2*18 saylı məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular Borclu1 və Borclu2 tərəfindən ödənilməyən 976 manat məbləğində əsas borcun indeksləşdirilərək 2*18-ci il tarixdən - 2*25ci ilin aprel ayınadək 51,9 faiz artım nəzərə alınaraq cəmi 1482,54 manat borc alınaraq Tələbkar ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 1* gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Səbuhi Səfərov