Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-117/2025 25.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-377/225 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elgiz Rzayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elgiz Rzayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatdan keçən “X3” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)- 377/225 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2022-ci il tarixli kredit müqavilsi üzrə 2869.88 manat əsas borc, 237.18 manat məbləğində faiz borcu, 78.20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 469.36 manat məbləğində kredit borcu, 218.77 manat faiz borcu, 40 manat cərimə borcuolmaql ümumilikdə cəmi 3940,39 manat məbləğində pul vəsaiti və ödənilmiş 59.40 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədi Beyləqan Rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və «icraata başlama haqqında» qərar qəbul edilmişdir. Borclu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası üçün 10 (on) gün müddətinə vaxt verilsə də tələbi təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra hərəkətləri həyata keçirilmiş Borclu adına hər-hansı bir torpaq sahəsinin olub olmaması, avtomaşın qeydə alınıb-almmaması alınmışdırsa, hal-hazırda fəaliyyət göstərib-göstərməməsi, əmlakı barədə (siyasi əlavə edilməklə) təqaüd alıb-alması, təqaüd alırsa məbləği barədə hər hansı bir müəssisədə (təsərrüfatın və s) qeydiyyatda olması, vardırsa həmin müəssisənin (təsərrüfatın və s) idarənizdə vergi ödəyiçisi kimi qeydiyyatdan keçib-keçməməsi, VÖEN, hesab nömrəsi və hesab nömrəsinin hansı bankda (ünvanı göstərilməklə) olub-olmaması barədə aidiyyatı orqanlara sorğular edilmişdir. Rayon İcra və probasiya şöbəsinin elektron icra sistemindən çıxarılmış məlumatdan görünür ki Borclu adına “X3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İcra sənədi üzrə borcun borcluya məxsus avtomobilə yönəldilməsi məqsədilə üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən, Borclu məxsus “X3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi X2 məhkəmə iclasında təqdimata uyğun izahat verərək təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, icra işini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-377/225 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə görünür ki, Borclu xx.xx.2022-ci il tarixli kredit müqavilsi üzrə 2869.88 manat əsas borc, 237.18 manat məbləğində faiz borcu, 78.20 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 469.36 manat məbləğində kredit borcu, 218.77 manat faiz borcu, 40 manat cərimə borcuolmaql ümumilikdə cəmi 3940,39 manat məbləğində pul vəsaiti və ödənilmiş 59.40 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq tələbkar "xxxx" QSCyə ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-377/225 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “X3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “Vaz 21214” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə adından, Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-377/225 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “X3” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-117/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-117/2025
25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver