Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-119/2025 26.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(036)-59/2025-013 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 verdiyi təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi icra məmuru X3 verdiyi təqdimatda, İmişli Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(036)-59/2025-013 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 27 fevral 2025-ci il tarixli qərarla icraatına başlanılmış, İmişli Rayon Məhkəməsinin 2(036)-59/2025-013 nömrəli 22 yanvar 2025-ci tarixli icra sənədinə əsasən Borclu oglundan 21 may 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.47 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 27 fevral 2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada göndərilmişdir. Borclu ödəniş etmədiyinə görə, onun icra vərəqəsi üzrə tələbkara 4907 (dörd min doqquz yüz yeddi) manat məbləğində borcu yaranmışdır. Borclunun əmlak vəziyyəti ilə bağlı müvafiq dövlət orqanlarına sorğular verilmişdir. Qeyd olunan səbəbdən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını, eləcə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin borcluyaicra sənədini tam icra etməsi üçünxəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsibarədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İmişli Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(036)- 59/2025-013 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. İmişli Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(036)-59/2025-013 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxx 1991-ci il təvəllüdlü, İmişli rayonunda qeydiyyatda olmaqla, Beyləqan rayonu, İmamverdilər kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-119/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-119/2025
26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver