Məhkəmə qərarları › İş №8(020)-120/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-120/2025

10.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-120/2025 10.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Xocavənd Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(069)-11/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 verdiyi təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 verdiyi təqdimatda Xocavənd Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(069)-11/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 21 fevral 2025-ci il tarixli qərarla icraatına başlanılmış Xocavənd Rayon Məhkəməsi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 2(069)-11/2025 nömrəli icra sənədinə əsasən Borclu oglundan 8800 (səkkiz min səkkiz yüz) manat və ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu tələbkar X2 xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 21 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən göndərilmişdir. Borclu ödəniş etmədiyinə görə, onun icra vərəqəsi üzrə tələbkara 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində borcu yaranmışdır. Borclunun əmlak vəziyyəti ilə bağlı müvafiq dövlət orqanlarına sorğular verilmişdir. Qeyd olunan səbəbdən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını, eləcə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin borcluya icra sənədini tam icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsibarədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Xocavənd Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(069)-11/2025 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(069)-11/2025 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxxxxxx 1989-cu il təvəllüdlü, Xocavənd rayonu, Axullu kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar