Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-148/2025 10.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Beyləqan rayon Məhkəməsinin 2(020)-358/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsi haqqında 26 sentyabr 2025-ci il tarixli qərarına, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Beyləqan rayon Məhkəməsinin 2(020)-358/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsi haqqında 26 sentyabr 2025-ci il tarixli qərarı məlumat üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun da şəxsin məcburi gətirilməsi haqqında qərarın məlumat üçün məhkəməyə göndərilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, sənədlər natamam formada məhkəməyə daxil olmuşdur. Hesab edirəm ki, Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, göndərilmiş sənədlər arasında hər hansı bir xahişin öz əksini tapdığı təqdimat mövcud deyildir. Yəni, məhkəmə tərəfindən baxılması mümkün olan hansısa mübahisə predmeti yoxdur. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə görə isə bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qanunun tələblərindən göründüyü kimi qeyd olunan qərarın məlumat üçün və ya yoxlanılmasından ötrü məhkəməyə göndərilməsi nəzərdə tutulmamışdır. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Beyləqan rayon Məhkəməsinin 2(020)-358/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məcburi gətirilməsi haqqında 26 sentyabr 2025-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-148/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-148/2025
10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver