Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-168/2025 06.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i-1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i- 1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 199,50 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqına qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şiayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i-1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu 199,50 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. 21 aprel 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan bildirişdən görünür ki, Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i-1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 23 iyun 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Borclu icra sənədinin icra edilməsi barədə xəbərdar edilmişdir. 13 avqust 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i-1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1-də yaşayan İbişova X2 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon 1 saylı Notariat Ofisinin 8i-1570 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanındayaşayan İbişova X2 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №8(020)-168/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-168/2025
06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver