Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-169/2025 31.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Borclu iştirakı ilə, Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ-3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “məcburi gətirilməsi” barədə Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Əhmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ziya Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ-3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ- 3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasən Borclu qzından vaxtında ödənilməmiş 755.35 manat, dövlət rüsumu kimi ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 780.35 manat pus vəsaiti "xxxx" ASC-nin xeyirinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqına qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, əvvəllər kredit borcunu ödəmiş, lakin sonradan yaranmış şəxsi problemləri ilə əlaqədar maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Lakin bu günədək icra məmuru tərəfindən göndərilən heç bir çağırış məktubu ona çatdırılmamışdır. İcra şöbəsinə çağırılmasından hazırda xəbərdar olmuşdur. Məhkəmə bildirişi ünvanına gəldiyindən hazırda məhkəmənin çağırışına gəlmişdir. İcra məmurunun çağırışlarından yayınmamışdır. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun və borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ-3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənəddən görünür ki, Borclu qzından vaxtında ödənilməmiş 755.35 manat, dövlət rüsumu kimi ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 780.35 manat pus vəsaiti "xxxx" ASC-nin xeyirinə ödənilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin qərar və bildiriş tərtib edilərək, Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ-3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi üçün borcluya göndərilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədinin könüllü icra olunmadığı təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə, məhkəməyə təqdim edilmiş təqdimat və ona əlavə edilmiş sənədlərdə iş üzrə borclunun icra hərəkətini həyata keçirən icra məmurunun çağırışı ilə gəlməkdən üzürsüz səbəbdən yayınmasını təsdiq edən sübutların olmamasını və borclunun məhkəmənin ilk iclasına gəlməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilməsin. Beyləqan rayon 1 saylı Notariat ofissinin 8İ-3029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “məcburi gətirilməsi” barədə Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-169/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-169/2025
31.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver