Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-174/2025 12.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)-165/2025 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)- 165/2025 saylı icra sənədi üzrə Borclu Beyləqan rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Beyləqan RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 27 fevral 2025-ci il tarixli qərarla icraatına başlanmış Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)-165/2025 saylı icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) 1789.75 manat əsas borc, 414.04 manat faiz borcu olmaqla cəmi 22.03.79 manat borc və 42.04 manat məbləğində dövlət rüsumu tutulub tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borcluya icra sənədini icra etməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu icra məmurunun həmin qətnamənin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirmir və icra sənədi ilə bağlı Beyləqan RİPŞ-ya gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)-165/2025 saylı icra sənədindən görünür ki, Borclu (bundan sonra - borclu) 1789.75 manat əsas borc, 414.04 manat faiz borcu olmaqla cəmi 2203.79 manat borc və 42.04 manat məbləğində dövlət rüsumu tutulub tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 27 fevral 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)-165/2025 saylı icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 16 sentyabr 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. 27 may 2025-ci il tarixli, e49021/2025-48-16 saylı xəbərdarlıq məktublarından görünür ki, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və icra sənədi üzrə işin faktiki hallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(020)-165/2025 saylı icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Beyləqan RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu xx xxxxxx 1985-ci il tarixdə anadan olmuş, Beyləqan şəhəri, 20 Yanvar küçəsi ev 4-də yaşayan Əliyev X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-174/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-174/2025
12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver