Məhkəmə qərarları › İş №8(020)-177/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-177/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-177/2025 06.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu Ələmşah oğlunun Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu Ələmşah oğlunun məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədinə əsasən Borclu Ələmşah oğlundan 7200 manat borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatında daxil olduqdan sonra icraata başlamaq haqqına qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu Ələmşah oğlunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məcburi gətirmə barədə qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qərar qəbul edilərək Borclu Ələmşah oğlunun ünvanına göndərilmiş və həmin qərardan şiayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədindən görünür ki, Borclu Ələmşah oğlundan 21 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvanlar və ya onlar olmadıqda dəyəri olan 7200 manat pulun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. 30 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 23 iyun 2025-ci il tarixli, e-25806/2025-48-16 saylı xəbərdarlıq məktubundan görünür ki, Borclu Ələmşah oğlu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 29 iyul 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Ələmşah oğlunun Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 1a küçəsi 3 inzibati bina ünvanında yaşayan Quliyev X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(020)-509/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 1a küçəsi 3 inzibati bina ünvanında yaşayan Quliyev X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar