Məhkəmə qərarları › İş №8(020)-18/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-18/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-18/2025 18.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mərdəli Nəcəfov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatdan keçən “Mercedes Benz C240” **-SF-*** markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1043/2024nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi elekrton sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mercedes Benz C240” minik markalı, **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sə nədinir icrasını təmin etmək məqsədilə, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz C240” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həps qoyulmasına dair qərardad verilməsinin xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Beyləqan rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 03 oktyabr 2012-ci il təvəllüdlü X4, 22 mart 2014-cü il təvəllüdlü X5 və 09 yanvar 2016-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 iyul 2024-cü il tarixdən başlayaraq, Borclu hər ay hər uşağa görə 180 (yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, X2 ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Beyləqan rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Mercedes Benz C240” **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “Mercedes Benz C240” **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1043/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Mercedes Benz C240” **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar