Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-183/2025 12.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i-4092 nömrəli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i- 4092 nömrəli icra sənədi üzrə Borclu Beyləqan rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Beyləqan RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 01 fevral 2024-cü il tarixli qərarla icraatına başlanmış Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i-4092 nömrəli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) cəmi 126 manat pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar “X4” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir.Borcluya icra sənədini icra etməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu icra məmurunun həmin qətnamənin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirmir və icra sənədi ilə bağlı Beyləqan RİPŞ-ya gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i-4092 nömrəli icra sənədindən görünür ki, Borclu (bundan sonra - borclu) 83.65 manat əsas borc, 42.35 manat cərimə borcu olmaqla, cəmi 126 manat borc və 25 manat məbləğində dövlət rüsumu tutulub tələbkar “X4” MMC-nin xeyrinə ödənilməlidir. 16 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i-4092 nömrəli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 07 oktyabr 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Xəbərdarlıq məktublarından görünür ki, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və icra sənədi üzrə işin faktiki hallarından görünür ki, Beyləqan rayon 1 saylı notariat kontorunun 15 iyul 2025-ci il tarixli, 8i-4092 nömrəli icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Beyləqan RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu 16 avqust 2004-cü il tarixdə anadan olmuş, Beyləqan rayonu, Dünyamalılar kəndində yaşayan Ağayev X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-183/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-183/2025
12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver