Məhkəmə qərarları › İş №8(020)-192/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-192/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-192/2025 09.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədinə əsasən Borclu təbii qazdan istifadəyə görə yaranmış 387,14 manat borc və 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq tələbkar “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatında daxil olduqdan sonra icraata başlamaq haqqına qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məcburi gətirmə barədə qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şiayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədindən görünür ki, Borclu təbii qazdan istifadəyə görə yaranmış 387,14 (üç yüz səksən yeddi manat 14 qəpik) manat məbləğində borc və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı olmaqla, cəmi 417,54 (dörd yüz on yeddi manat 54 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. 02 may 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. 15 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədinin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. 22 oktyabr 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayan Cəfərov X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(020)-484/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Beyləqan rayonu, İkinci Şahsevən kəndində yaşayan Cəfərov X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar