Məhkəmə qərarları › İş №8(020)-195/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-195/2025

09.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-195/2025 09.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 8(020)-49/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 8(020)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mersedes Benz 220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədinə əsasən Borclu 997,20 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq, tələbkar BOKT "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası zamanı görülmüş tədbirlər zamanı müəyyən edilmişdir ki, Borclu adına “Mersedes Benz 220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(020)-49/2024 saylı qərardadı ilə icra sənədi üzrə borclu ilə Borclu adına olan “Mersedes Benz 220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədi üzrə borc məbləği tam şəkildə iş üzrə tələbkarın hesabına ödənilmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 8(020)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Mersedes Benz 220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədindən görünür ki, Borclu cəmi 1017,20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Mersedes Benz 220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. BOKT "xxxx" ASC-nin Beyləqan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədi icra edildiyindən, icraata xitam verilməsini xahiş etmişdir. Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Quliyevin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin edildiyindən Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(020)-973/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Mersedes Benz 220” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(020)-49/2024 saylı qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar