Məhkəmə qərarları › İş №8(020)-199/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-199/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-199/2025 15.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş Tuncay və xx.xx.2016-cı ildə tarixdə anadan olmuş İlahəxanım adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə yaşayış minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarxdə Beyləqan rayon İcra bölməsinin icraatına daxil olub, “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, “İcra haqqında” Azərbaycan Republikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, Borclu Tovuz Rayon Məhkəməsinin 2(062)- 1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Borclu teztez xarici ölkəyə gedir. Bu səbəbdən də onun sərhəddən keçmək və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş Tuncay və xx.xx.2016-cı ildə tarixdə anadan olmuş İlahəxanım adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə ölkə üzrə yaşayış minumum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra qeydinin icrasını təmin etməkdən yayındığından, habelə Beyləqan rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirildiyindən Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım: Təqdimat təmin edilsin. xx.xx.1987-ci ildə anadan olmuş, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ Tovuz Rayon Məhkəməsinin 2(062)-1214/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə yaranmış borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar