Məhkəmə qərarları › İş №8(020)-2/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-2/2024

16.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-2/2024 16.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Təqdimat verən-Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə İcra icraatı üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Beyləqan rayon İcra və probasiya şöbəsinin təqdimatına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və probasiya şöbəsi icra icraatı üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Azəbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında icra məmuru Elgiz Rzayev verdiyi təqdimatı müdafiə edərək göstərdi ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yaşayan Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat pul tutularaq 26 fevral 2020-ci ildə anadan olan Gülay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. İcra vərəqəsi icraata daxil olduqdan sonra «İcra haqqında» Qanunun tələblərinə müvafiq olaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, icra ilə əlaqədar məcburi icra tədbirləri həyata keçirilmiş, lakin, bu müddət ərzində borclu icra sənədini icra etməmişdir. Borclunun ölkədən getmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun borcunun ödənilib qurtaranadək məhdudlaşdırılması zəruridir. Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Beləki, işə əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 2(020)-1586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yaşayan Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 150 manat pul tutularaq 26 fevral 2020-ci ildə anadan olan Gülay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar verilməlidir. Məhkəmədə müəyyən edildi ki, icra sənədinə uyğun olaraq müvafiq icra tədbirləri görülmüş, lakin borcun ödənilməsi borclu tərəfindən təmin edilməmişdir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məkəmənin qərarı ilə müvəqqəti məhdudulaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə, icra sənədinin icrasının tam başa çatdırılmasını təmin etmək, borclunun icradan yayınmasının qarşısını almaq, icranın tezliklə başa çatmasına nail olmaq məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq-icra sənədinin icrası tam başa çatanadək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268ci, «İcra haqqında» Azəbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan rayon məhkəməsinin 2(020)-1586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Beyləqan rayonu 2-ci Şahsevən kəndində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq, yəni Beyləqan rayon məhkəməsinin 2(020)-1586/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası tam başa çatanadək məhdudlaşdırılsın. Qərardaddan onun surəti tərəflətə rəsmi qaydada verdildiyi vaxtdan 10 gün müddətinə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar