Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-201/2025 10.12.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, X1 tərəfindən verilmiş “icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, icra sənədinin icra olunması üçün yenidən icraya göndərilməsi və ya yeni icra vərəqəsinin verilməsi” barədə şikayətin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, Müəyyən etdim: X1 şikayət ilə məhkəməyə müraciət edərək, icra məmurunun geri qaytarılma barədə qərarının ləğv edilməsi, icra sənədinin tam icrası ilə bağlı icra hərəkətlərinin yenidən davam etdirilməsi və ya yeni icra vərəqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-953/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X2 8000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq ona verilməlidir. Məhkəmə qətnaməsi qanuni qüvəssini almış, icra edilməsi üçün Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən heç bir icra hərəkətləri edilmədən icra sənədinin Beyləqan Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilmişdir. Bu da onun məhkəmə qətnaməsi ilə göstərilən pulunun alınıb ona verilməsinin gecikdirilməsinə səbəb olmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmiş, lakin qətnamə borclu tərəfindən icra olunmur, həmçinin icra məmuru tərəfindən qətnamənin icrasında hərəkətsizlik müşahidə olunur və bu günə qədər də qətnamənin faktiki icrası təmin olunmamış, nəticəyə yönəlmiş icra hərəkətləri həyata keçirilməmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, tələbkar şikayət ərizəsində icra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarının ləğv edilməsini xahiş etsə də tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində məhkəməyə şikayət verə bilərlər. Lakin hazırki qərardan tələbkarın vaxtında şikayət verməsi müəyyən olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.1.6. maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.1.7. maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 23.1.8. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırki iş üzrə tələbkar şikayət vermək üçün prosessual müddətin keçməsinə görə məhkəməyə müddətin bərpasına dair vəsatət vermədiyindən şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldım: X1 tərəfindən verilmiş “icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsi, icra sənədinin icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilməsi və ya yeni icra vərəqəsinin verilməsi” barədə şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkara izah edilsin ki, o, Beyləqan Rayon Məhkəməsinin 2(020)-953/2019 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin geri qaytarılması barədə qərarı vəya qərarın surətinin əldə edildiyi tarix barədə məlumatı təsdiq edən sənədi ərizəsinə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsi ilə Beyləqan Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-201/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-201/2025
10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver