Məhkəmə qərarları › İş №8(020)-3/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-3/2025

24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-3/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs rəisi vəzifəsini icra edən X4 iştirakı ilə, Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X2 "icra sənədinin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayan Tələbkar borc müqaviləsinə əsasən 10.000 manat borc pul götürmüşdür. Aralarında olan borc müqaviləsinin tələblərini yerinə yetirmədiyindən Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ilə 10.000 manat pulun ondan alınaraq Tələbkar verilməsi barədə Maraqlı şəxsnə icra vərəqsi göndərilmişdir. İcra məmuru tərəfindən onun ünvanına bildiriş və borcun ödənilməsi barədə xəbərdarlıq məktubları gəlmiş, o, icra sənədi üzrə borcundan 4000 manat ödəmişdir. sonuncu dəfə 2024-cü ilin iyul ayında yaxın qohumlarından borca 1000 manat pul alaraq icra sənədi üzrə borcundan ödəniş etmişdir. İcra məmuru tərəfindən icra şöbəsinə dəvət olunmuş, icra şöbəsində icra məmuru ilə borcun hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmiş, lakin icra məmuru sonradan borcun tam olaraq ödənilməsini tələb etmişdir. O, rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində azyaşlı övladları vardır. Ailəsinin yaşam xərcləri, övladlarının təhsil xərcləri və digər bütün xərclər onun tərəfindən qarşılanmaqdadır. Buna görə də həmin məbləği hal-hazırda tam ödəmək iqtidarında deyil. Həmin məbləğ kifayət qədər böyük olduğundan onun tam şəkildə birdəfəyə ödəməyi mümkün deyildir. Eyni zamanda tələbkar tərəf və icra məmuru da maddi vəziyyətinin yaxşı olmadığını bilirlər. İcra qeydini icra etməli olduğunu şüurlu surətdə dərk edir, ödəmək istədiyinə görə, eləcə də birdəfəlik ödəmə imkanı olmadığına görə borcunu hissə-hissə ödəmək iqtidarında olduğunu bildirir. Göstərilənlərə əsasən, maddi durumunun aşağı olmasını və ailə vəziyətini nəzərə alaraq Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin ayda 200 (iki yüz) manat olmaqla hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi vəzifəsini icra edən X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ilə 10.000 manat pulun ondan alınaraq Tələbkar verilməsi barədə Maraqlı şəxsnə icra sənədi göndərilmişdir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icra sənədinin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin qanuni icra tədbirləri görülməsinə baxmayaraq borclu Fədai Cəfərov icra sənədi üzrə borcunu tam olaraq ödəməmiş, müxtəlif vaxtlarda hissəhissə ödənişlər etmişdir. İcra sənədi üzrə Tələbkar xx.xx.2024-cü ildə ölmüş, Tələbkar adına vərəsəlik işi açılmış və həyat yoldaşı X3 vərəsələr dairəsində tanınmışdır. Onsuzda borclu ödədiyi ödənişləri hissə-hissə ödəmişdir. Onun hazırda 5435 manat borcu qalmışdır. Bir neçə müddətdir ki, heç bir ödəniş etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi (icra sənədi üzrə borclu) və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, X1 10.000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar oğlunun xeyirinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, X5 barəsində olan Bakı şəhəri, 43 saylı Notariat Kontorunun 11299 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beyləqan Rayon 1 Saylı Notariat ofisinin notariusu C.M.Qasımovun Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 226922 nömrəli sorğu məktubuna ünvanladığı 07 noyabr 2024-cü il tarixli, 1123 nömrəli cavab məktubundan görünür ki, 6 saylı Bakı “Asan xidmət” mərkəzində Tələbkar adına vərəsəlik işi açılmış və X3 vərəsələr dairəsində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının icra sənədinin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Onun icra sənədi üzrə 5435 manat borcu qalmışdır. Hazırda icra sənədinin hissə-hissə icra edilməsi barədə borclunun xahişinin təmin edilməsi icra sənədinin tam icrasını bir neçə ilə yaxın müddətə uzadılması ilə nəticələnəcəkdir ki, bu da tələbkarın mənafeyinə zidd olacaqdır. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Ərizə təmin edilməsin. X2 "icra sənədinin hissə-hissə icra edilməsi” barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş şikayət veilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar