Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-38/2025 18.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfov məhkəməyə təqdimatla müraciət edərək, xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq, yəni icra sənədi üzrə yaranmış borc məbləğinin tələbkarın hesabına tam ödənilib başa çatanadək məhdudlaşdırılması məsələsinı baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraata başladığı Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra vərəqəsi Beyləqan rayon İcra və probasiya şöbəsinin icraatına daxil olub, icraata başlamaq haqqında qərar qəbul olunaraq, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən Borclu tələbin könüllü icrası haqqında icra məmurunun bildirişi göndərilmişdir. İcra tədbirlərinin davam etdirilməsinə baxmayaraq, Borclu icra sənədi üzrə alimenti bu günədək ödəməmişdir. İcra tədbirləri zamanı tərəfindən borclunun əmlak vəziyyəti barədə aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borclunun heç bir əmlakı aşkar edilməmişdir. Bundan sonra icra tədbirləri davam etdirildiyi zaman müəyyən olunmuşdur ki, iş üzrə Borclu ölkəni tərk edərək, başqa dövlətə getmək istəyir. Ona görə də Borclu İcra haqqında Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinin tələblərinə uyğun olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müvafiq təqdimatla məhkəməyə müraciət olunması məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, borclu Ərşadlı X4 Rayon Məhkəməsinin 2(020)- 434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmişdir. Mülkiyyətində tələbin yönəldə biləcəyi hər hansı əmlakı yoxdur. Hal-hazırda borclunun ölkəni tərk etmək fikri var. Ona görə də təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, icra işini və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasını təmin etməkdən yayındığından Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 27 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ Beyləqan Rayon Məhkəməsinin 2(020)-434/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-38/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-38/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver