Məhkəmə qərarları › İş №8(020)-42/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-42/2024

23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-42/2024 23.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, 1 saylı SƏYYAR-ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-179 nömrəli xx.xx.2020ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması barədə Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi Azər Quliyevin təqdimatını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: 1 saylı SƏYYAR-ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-179 nömrəli xx.xx.2020ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması barədə Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi Azər Quliyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı və ona əlavə sənədləri nəzərdən keçirərək, aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, 1 saylı SƏYYAR-ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-179 nömrəli xx.xx.2020-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi Azər Quliyev tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin -13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1 saylı SƏYYAR-ASAN xidmət mərkəzinin notariat ofisinin 8İ-179 nömrəli xx.xx.2020ci il tarixli icra qeydinin icrası ilə əlaqədar borclunun əmlakının üzərinə həbs qoyulması barədə Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi Azər Quliyevin təqdimatı ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar