Məhkəmə qərarları › İş №8(020)-46/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-46/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-46/2025 17.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Zaur Qulu oğlu Quliyevin katibliyi, Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X2 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(020)-125/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi Azər Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi Azər Quliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz C 180” minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Beyləqan rayon icra və probasiya şöbəsinə və icra sənədi üzrə Borclu və tələbkara qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasına gəlmiş, icra sənədi üzrə Borclu və tələbkar "xxxx" QSC nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə icra sənədi üzrə Borclu və tələbkar "xxxx" QSC nümayəndəsinin iştirakı olmadan hazırkı məsələyə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında izahat verən Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 təqdimatını əsaslandıraraq göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(020)-125/2022 saylı icra sənədinə əsasən X1, Borclu və Hacıyev mahir Xanlar oğlundan 3990.17 manat məbləğində pul vəsaiti və 60 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-yə verilməlidir. Qərarın icrası zamanı onun tərəfindən “Elektron İcra Sisteminə” sorğu edilmiş və nəticədə müəyyən edilmişdir ki, Borclu adına “Mercedes Benz C 180” minik markalı **-BF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatdadır. O, Beyləqan Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(020)-125/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı olan “Mercedes Benz C 180” minik markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulması barədə Beyləqan rayon məhkəməsinə təqdimat vermişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasında ərizə ilə müraciət edərək Borclu əmlakı olan “Mercedes Benz C 180” minik markalı **- BF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmasına dair təqdimatına baxılmasını istəmədiyini göstərdi və bu barədə olan təqdimatının ona qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 363.1.4-cü maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa apelyasiya şikayəti geri qaytarılır. Qanunda hazırki təqdimat üzrə geri qaytarma proseduru nəzərdə tutulmasa da təqdimat verən Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X3 hazırda təqdimatının geri qaytarılmasını xahiş etdiyi üçün məhkəmə hesab edir ki, analogiya tətbiq edilməli, həmin şikayət onun özünə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 263-264-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Beyləqan rayon İcra və probasiya şöbəsinin rəisi X2 əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə verdiyi təqdimat geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar