Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-49/2025 08.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, X1 Beyləqan rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayətlə müraciət edərək, Beyləqan rayon İcra Şöbəsinin məsuliyyətə cəlb olunmasını, onun işi ilə məğul olan icra məmurunun barəsində müvafiq tədbir görülməsini və nəhayət, icra sənədinin icra olunmasını təmin etmək məqsədilə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5751/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra olunmaq üçün xx.xx.2024-cü il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. O vaxtdan 5 aya yaxın müddət ötməsinə baxmayaraq, Beyləqan rayon İcra Şöbəsində onun aliment tələbi ilə bağlı işə baxılmamış, borclu tərəfindən isə üç azyaşlı uşağın maddi təminatının qismən ödənilməsini özündə ehtiva edən məhkəmə qətnaməsi yerinə yetirilməmiş qalmışdır. Bu da icra şöbəsinin hərəkətsizliyindən xəbər verir və mövcud qanunvericilikdə hərəkətsizliyə görə məsuliyyət nəzərdə tutulduğundan Beyləqan İcra Şönbəsinin məsuliyyətə cəlb olunmasını, onun işilə məğul olan icra məmurunun barəsində müvafiq tədbir görülməsini və nəhayət, icra sənədinin icra olunmasını təmin etmək məqsədilə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, icra işində olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5751/2024 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3660/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qətnaməsi cavabdeh X3 09 avqust 2013-cü il təvəllüdlü X6, 21 sentyabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 210 manat məbləğində müəyyən edilməlidir. Beyləqan rayon icra və probasiya şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş 15 noyabr 2024-cü il tarixli qərardan və könüllü icra barədə bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5751/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Cavabdeh X4 05 fevral 2025-ci il tarixli izahatından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədində əsasən üç uşağın saxlanılması üçün ondan cəmi 630 manat sabit pul məbləğində aliment alınaraq X9 verilməsi göstərilmişdir İcra məmuru onu dəvət edərək icraata başlama qərarı ilə onu tanış etmişdir, həmin məbləğ Beyləqan rayon Qəhrəmanlı qəsəbəsi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işlədiyi üçün onun iş yerinə yönəldilmişdir. Lakin onun banga borcları olduğu üçün aliment məbləğinin tutulmasını tam şəkildə həyata keçirməmişdir, mühasibatlıq hesablamaları onları öz səlahiyyətlərində olduğu üçün tutulma hesablanmasın özü icra edir, yanvar ayı isə əmək haqqından tutulma aparmamışam, lakin qarşı tərəfin kart hesabına 300 manat pul köçürmüşdür. İcra məmuru məsuliyyətini ona izah edib, o, əlavə borcları olduğu üçün qərarı tam şəkildə icra edə bilmir, əlavə heç yerdən gəliri yoxdur, əlilliyi yoxdur, adına daşınar və daşınmaz əmlakı yoxdur. 12 mart 2025-ci il tarixli inkasso sərəncamından və 01 aprel 2025-ci il tarixli 19 №-li ödəniş tapşırığından görünür ki, akı Apellyasiya Məhkəməsinin 2(103)-5751/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ümumilikdə 112 manat X5 hesabına ödənilmişdir. X1 adına olan 510307******2024 nömrəli plastik kart üzrə çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il 300 manat, xx.xx.2024-cü tarixdə 500 manat, xx.xx.2024-cü tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 300 manat məbləğində pul vəsaiti hesabına daxil olmuşdur. 8.1-ci maddəsinə əsasən, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2-ci maddəsinə əsasən, Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir Beləliklə, iş materiallarından müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5751/2024 saylı icra sənədi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3660/2024 nömrəli iş üzrə 04 iyul 2024-cü il tarixli qətnaməsi cavabdeh X3 09 avqust 2013-cü il təvəllüdlü X6, 21 sentyabr 2015-ci il təvəllüdlü X7 və 01 sentyabr 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 210 manat məbləğində müəyyən edilməsinə dair icra sənədinin icra edilməsi ilə bağlı Beyləqan rayon icra və probasiya şöbəsində müvafiq məcburi icra tədbirləri həyata keçirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5751/2024 saylı icra sənədi üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinin məsuliyyətə cəlb olunmasını, onun işi ilə məğul olan icra məmurunun barəsində müvafiq tədbir görülməsini və nəhayət, icra sənədinin icra olunmasını təmin etmək məqsədilə müvafiq qərar qəbul olunmasına dair tələbkarın şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Beyləqan rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən vermiş olduğu şikayəti təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №8(020)-49/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-49/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver