Məhkəmə qərarları › İş №8(020)-5/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-5/2025

31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-5/2025 31.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi ilə, Tələbkar qızının iştirakı ilə, Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Azər Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(020)-1154/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində icraatına daxil olmuş 2(020)- 1154/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Beyləqan rayon Mərkəzi Xəstəxanasının keçmiş müdirinin tələbkar Əliyeva Gül əkir Cəmilqızı barəsində olan 20 fevral 2023-cü il tarixli, 307 saylı əmri ləğv edilmədi, Əliyeva X2 rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa edilmədi və 20 fevral 2023-cü il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa olunan tarixə dək rnəcburi iş buraxmaya görə əmək haqqı Beyləqan rayon Mərkəzi Xəstəxanası tərəfindən hesablanıb Tələbkar qızına ödənilməsi göstərilmişdir. İcra sənədinin icrası ilə bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasında olmuşlar və müəyyən olunmuşdur ki, X1 "Beyləqan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsinə təyin edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb kolleclərinin diplomu və eyni zamanda əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən Tibbi peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi maddəsinə uyğun olaraq sertifikasiyadan keçmədiyi ücün onun "Beyləqan rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində laborant vəzifəsinə işə bərpa olunması qeyri mümkündür. İşə bərpa o halda mümkün ola bilər ki, Tələbkar qızı qeyd edilən tibb kolleclərindən birinin diplomunu və sertifikasiyadan keçdiyi haqqında sənədi təqdim etsin. Belə olan halda icra sənədi hansı formada icra olunmandır. Tələbkar qızı laborant vəzifəsində hazırda işləyə bilərmi? Tələbkar qızı etiraz ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Mərkəzi xəstəxanasının məhkəmə qərarının icrasını gecikdirmə hərəkətlərinə hüquqi qiymət verilməsini, məhkəmə qərarının dərhal icrasının təmin olunması üçün müvafiq göstərişlərin verilməsinin təmin edilməsini, icra məmuru Azər Quliyevin süründürməçiliyə yol verməsi ilə bağlı tədbir görülməsi barədə müvafiq orqanlara məlumat verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Beyləqan Rayon Məhkəməsinin 2(020)-1154/2023-017 saylı qərarına əsasən, onun Tələbkar qızının qanunsuz olaraq işdən azad olunması və Beyləqan Rayon Mərkəzi xəstəxanasının laboratoriya şöbəsinə laborant vəzifəsinə işə bərpa olunması, eyni zamanda 20 fevral 2023- cü ildən işdən azad olunduğu tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Lakin Beyləqan rayon İcra və Probasiya şöbəsi bu qərarın icrasından beş aydan artıqdır ki, yayınır və süründürməçilik edir. Əlavə olaraq, Xəstəxana qanunsuz olaraq onun sertifikasiyadan keçməməsini bəhanə gətirərək qərarın icrasını qeyri-mümkün göstərməyə çalışır. Lakin qeyd etmək istəyir ki, məhkəmə qərarının icrası məcburidir və bu, " İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsaslanır. Sertifikasiyadan keçmək tələbi məhkəmə qərarının icrası ilə əlaqəli deyil. Sertifikasiyadan keçmək üçün ilkin olaraq işə bərpa olunması tələb olunur. İşçi kimi fəaliyyət göstərmək üçün məhz işə bərpa olunduqdan sonra sertifikasiya üçün lazımi prosedurlar həyata keçirilə bilər. O, işlədiyi dövrdə ( cəmi 2 ilə yaxın müddət) sertifikasiyadan keçməməsinin qanunsuz işdən azad olunmağımı əsaslandırmır. Bu bəhanənin əsassız olduğunu göstərən hüquqi çərçivə mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikasiya həyata keçirilir. Sertifikasiya prosesi hər 5 ildən bir dövri şəkildə həyata keçirilir və bu, praktiki olaraq fəaliyyət göstərən tibbi və ya əczaçılıq işçilərinin peşəkarlığını və işə yararlığını təsdiqləmək məqsədini daşıyır. Qeyd olunur ki: Bu qərar yalnız iş fəaliyyətini davam etdirən şəxslərə tətbiq olunur. İşə qanunsuz olaraq xitam verilmiş və məhkəmə qərarına əsasən işinə bərpa edilən şəxslərin sertifikasiyadan keçməsi, yalnız işə bərpa edildikdən sonra mümkün və tələb oluna bilər. Beləliklə, işə bərpa olunmadan sertifikasiyadan keçmək məsələsinin gündəmə gətirilməsi hüquqi baxımdan əsaslı deyil. Bundan əlavə, öz işinin mahiyyətin unudub borcluya vəkillik etməyə çalışan Beyləqan Rayon İcra və Probasiya şöbəsinin rəisi Azər Quliyev tərəfindən məhkəmə qərarının izahı tələbi ilə müraciət olunması açıq-aşkar şəkildə vaxt udmaq və qərarın icrasını gecikdirmək məqsədini daşıyır. Bu hal onun hüquqlarını bir daha pozur, ona maddi və mənəvi ziyan vurur. Məhkəmə iclasında iştirak edən Tələbkar qızı etirazının məzmununa uyğun izahat verərək, Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna baxmayaraq məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni araşdıraraq və işin sənədlərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; Həmin Məcəllənin 230.3-ci maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən icra sənədində məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; icra edilməli olan qərarın qəbul edildiyi vaxt; tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilir; Həmin Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir; Həmin Qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Yuxarıda istinad olunan icra haqqında qanunvericiliyin tələblərindən də göründüyü kimi, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah olunması barədə müvafiq məhkəməyə müraciət etməlidir. Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədində isə hər hansı qeyridəqiqlik mövcud deyil, başqa sözlə, icra vərəqəsində icra olunmalı tələb dəqiq və aydın göstərilmiş və hər hansı ziddiyyətli məqam müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan icra sənədinin izah olunmasına hər hansı zərurət yoxdur. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 230-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(020)-1154/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar