Məhkəmə qərarları › İş №8(020)-52/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-52/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-52/2025 17.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X9 iştirakı ilə, X1 və X4 Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X9 24 dekabr 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın ləğv edilməsi barədə vermiş olduqları ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 və X8 məhkəməyə şikayətlə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024-044 saylı qətnaməsindən əlavə kassasiya qaydasında Ali Məhkəməyə şikayət verdiklərindən və iş Ali Məhkəmənin icraatında olmaqla indiyədək iş üzrə qəti qərar qəbul edilmədiyindən Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi, 1 dərəcəli dövlət qulluqçusu A.Quliyevin 24 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdırlar ki, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024-044 saylı qətnaməsinə əsasən cavabdehlər X5 və X3 132067,65 manat məbləğində əsas borc, dövlət rüsumu və mediasiya xərcləri qismində 422 manat, 1000 manat hüquqi yardım ödənişi, ümumilikdə 133489,65 manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməlidir. Bu barədə məhkəmə qətnaməsi 24 dekabr 2024-cü il tarixdə Beyləqan rayon icra və probasiya şöbəsinə daxil olmuş və şöbə rəisi, 1 dərəcəli dövlət qulluqçusu A.Quliyevin 24 dekabr 2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanmış, tələbin 10 gün ərzində könüllü olaraq icra edilməsi barədə cavabdehlərin ünvanına bildirişlər göndərilmiş, icranın könüllü olaraq ödənilmədiyi təqdirdə məcburi icra tədbirləri görülməsi, borcluların əmlaklarının siyahıya alınması, əmlakları üzərinə həbs qoyulması qərarda əksini tapmışdır. Cavabdehlər X10 və X8 faktiki olaraq Bakı şəhərində yaşadıqlarından və əmək fəaliyyəti ilə məşğul olduqlarından Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi, 1 dərəcəli dövlət qulluqçusu A.Quliyevin 24 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətini vaxtında ala bilməmiş və ondan qanunda nəzərdə tutulmuş şikayət verə bilməmişlər. Həmin qərarın surəti 19 mart 2023-cü il tarixdə onlara təqdim edilmişdir. Belə ki, cavabdeh olaraq onlar Şirvan Kommersiya Məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab etdiklərindən həmin qətnamədən əlavə kassasiya qaydasında Ali Məhkəməyə şikayət vermişlər və iş Ali Məhkəmənin icraatında olmaqla indiyədək iş üzrə qəti qərar qəbul edilməmişdir. Ona görə də, hesab edilər ki, iş üzrə son qərar qəbul edilənədək icra sənədi üzrə icraat başlana və icraya yönəldilə bilməz və bu səbəbdən Beyləqan rayon icra və probasiya şöbəsinin rəisi, 1 dərəcəli dövlət qulluqçusu A.Quliyevin 24 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X12 ərizənin əsassız olduğunu bildirərək, öz izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024- 044 saylı qətnaməsinə əsasən cavabdehlər X5 və X3 132067,65 manat məbləğində əsas borc, dövlət rüsumu və mediasiya xərcləri qismində 422 manat, 1000 manat hüquqi yardım ödənişi, ümumilikdə 133489,65 manat məbləğində pulun tutularaq iddiaçı X7 ödənilməsi barədə icra sənədinə əsasən icraata başlamaq haqıında qərar qəbul etmişdir və işlə bağlı prosessual hərəkətlər görmüşdür. Ona görə də, X2 və X8 tərəfindən icraata başlamaq haqqında qərarın ləğv edilməsinə dair ərizənin rədd edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclular məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə rədd edilməməlidir. Belə ki, icra işində olan və məhkəmədə tədqiq edilmiş: Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024 saylı icra vərəqəsindən görünür ki, 132067,65 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 22 manat məbləğində dövlət rüsumu X5 və X3 müştərək qaydada alınaraq X7 ödənilməsi, 398,07 manat məbləğində dövlət rüsumu X5 və X3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borclulara göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 7.1-ci maddəsinə əsasən, icra sənədində məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; icra edilməli olan qərarın qəbul edildiyi vaxt;. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri, tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i, məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilir: 7.2-ci maddəsinə əsasən, məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. 7.3-cü maddəsinə əsasən, digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. 7.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. 8.1-ci maddəsinə əsasən, İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4-cü maddəsinə əsasən, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 17.1-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə və tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-83/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olara Beyləqan rayon İcra və Probasiya rəisi X12 tərəfindən xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslıdır. Borcluların ərizəsində qeyd etdiyi hallar isə, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X9 24 dekabr 2024-cü il tarixli Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2- 2(121)-83/2024 icra sənədi üzrə icraata başlamaq haqqında qərarının ləğv edilməsinə dair borcluların ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 və X4 Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi X9 24 dekabr 2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi barədə vermiş olduqları ərizə təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar