Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-6/2025 31.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e-2(020)-1971/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, ödənişlərinin aylıq 20-30 manat hissəli ödənişli ödəməsinin təmi edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini işdən çıxdığı üçün Tələbkar ASC-yə qalıq borcunu ödəməkdə çətinlik yaranması və ödənişləri vaxtlı-vaxında ödəyə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məkhəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq Tələbkar ASC -nin və Beyləqan rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə , Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e-2(020)-1971/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 oğlundan 3261,15 (üç min iki yüz altmış bir manat 15 qəpik) manat məbləğində əsas borc və 206,73 (iki yüz altı manat 73 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3467,88 (üç min dörd yüz altmış yeddi manat 88 qəpik) manat məbləğində borc və 54,58 (əlli dörd manat 58 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərüfatı Mərkəzinin 16 iyun 2023-cü il tarixli 123/k nömrəli əmrinin surətindən görünür ki, 16 iyun 2023-cü il tarixdən X5 Təsərrüfatı Mərkəzinin 5 saylı meşəbəyliyinin fəhləsi X4 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Bununla bağlı olaraq məhkəmə nəzərə alır ki, X4 qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəməyə imkanının olmadığını göstərsə də, ərizəsinə əmlak vəziyyətinin ağırlığını təsdiq edən mötəbər sübutlar əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən ərizəçinin əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada, məhkəmə nəzərə alır ki, X4 məhkəməyə verdiyi ərizəsində həm də onunla bağlı qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu da sübut edən mötəbər dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Beyləqan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e-2(020)-1971/2024 saylı məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli e-2(020)-1971/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №8(020)-6/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-6/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver