Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-64/2024 20.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfov məhkəməyə təqdimatla müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2020-ci ildə anadan olmuş X2 saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq X1 verilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi çıxarılmışdır. İcra sənədi Beyləqan rayon İcra bölməsinin icraatına daxil olub, “icraata başlamaq haqqında” qərar qəbul olunaraq, “İcra haqqında” Azərbaycan Republikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən, Borclu Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsini tam təmin etməmişdir. Borclu tez-tez xarici ölkəyə gedir. Bu səbəbdən də onun sərhəddən keçmək və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2020-ci ildə anadan olmuş X2 saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq X1 verilməlidir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasını təmin etməkdən yayındığından, habelə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)- 266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü ildə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-266/2024-003 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-64/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-64/2024
20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver