Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-66/2025 25.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 179.04 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMCnin xeyirinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatında daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024cü il tarixdə tərəfindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu Zülfüqar Əmrahov və tələbkarın nümayəndəsi məhkəmə iclasında məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata borclunun və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında təqdimatına uyğun izahat verərək təqdimatın təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 2(020)-1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu 179.04 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyirinə ödənilməlidir. 10 oktyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bey Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. 11 mart 2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. 18 noyabr 2024-cü il tarixli, 302513/2024-48-14-002 saylı və 23 yanvar 2025-ci il tarixli, 302513/2024-48-14-002 saylı xəbərdarlıq məktublarından görünür ki, Borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındığına görə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1ində yaşayan Əmirahov X2 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1955/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1ində yaşayan borclu Əmirahov X2 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-66/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-66/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver