Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-67/2024 27.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Beyləqan rayon İcra və Probasiya şöbəinin icra məmuru X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 8(020)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayev təqdimatla məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 8(020)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes benz C200” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli e-2(020)-910/2024 nömrəli icra sənədinə əsasən Borclu və Borclu müştərək qaydada əsas kredit borcuna görə 7720,84 manat, faiz borcuna görə 275,36 manat, penya borcuna görə 12,65 manat olmaqla, cəmi 8008,85 (səkkiz min səkkiz manat səksən beş qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 100,10 (yüz manat on qəpik) manat tutulub “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu barəsində olan icra sənədinin icrasını könüllü təmin etmədiyindən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(020)-60/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan “Mercedes benz C200” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə borcu tam şəkildə tələbkarın hesabına ödədiyi üçün onun barəsində olan icra sənədinin icraatına xitam verilmişdir. Beyləqan rayon İcra və Probasiya şöbəinin icra məmuru X2 məhkəmə iclasında verdiyi təqdimatı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 8(020)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes benz C 200” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli e-2(020)-910/2024 nömrəli icra sənədinə əsasən Borclu və Borclu müştərək qaydada əsas kredit borcuna görə 7720,84 manat, faiz borcuna görə 275,36 manat, penya borcuna görə 12,65 manat olmaqla, cəmi 8008,85 (səkkiz min səkkiz manat səksən beş qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 100,10 (yüz manat on qəpik) manat tutulub “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli e- 2(020)-910/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes benz C200” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin Beyləqan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5917 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli e-2(020)-910/2024 nömrəli icra sənədi üzrə Borclu kredit borcunun ödənilməsi barədə güzəşt etməsini xahiş etdiyini nəzərə alınaraq, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhər tutaraq, icra işinin məhkəməyə qaytarılması xahiş edilmişdir. Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Rzayevin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, “Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə yazaraq icra sənədinin məhkəməyə qaytarılmasını xahiş edildiyindən Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli e-2(020)-910/2024 nömrəli icra işini məhkəməyə geri qaytarmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən, tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması haqqında qərar qəbul edilir.: Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, e-2(020)-910/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Mercedes benz C200” minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(020)-60/2024 saylı qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №8(020)-67/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-67/2024
27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver