Məhkəmə qərarları › İş №8(020)-76/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-76/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-76/2025 12.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, X1 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(020)-02/2021 saylı hökmü əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 1(020)- 02/2021 saylı 09 mart 2021-ci il tarixli hökmü üzrə verilmiş icra sənədinin hissə-hissə icra edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 1(020)-02/2021 saylı 09 mart 2021-ci il tarixli hökmünə əsasən Tələbkar, AR CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və mülki iddia üzrə 27151 manat pulun ondan tutularaq Tələbkar ödənilməsi hökm edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-02/2021 saylı 09 mart 2021-ci il tarixli hökmü icra edilməsi üçün Beyləqan rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, o, hazırda "xxxx" MMCdə sürücü vəzifəsində işləyir. İcra sənədinin icra edilməsi üçün mənim əmək haqqımdan tutulmalar aparılır. Buna baxmayaraq icra məmuru azadlığa çıxdığı iki il ərzində barəsində dörd dəfə inzibati protokol tərtib edərək məhkəməyə müraciət etmiş və o, inzibati həbs olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar əmək haqqından aparılan tutulmalara baxmayaraq barəsində əsassız protokollar tərtib edilir. Halbuki həbs olunması icra sənədinin icrasına mane olur. Belə ki, həbs olunduğu üçün iş yerindən çıxarılır. İşlədiyi "xxxx" MMC-də əmək haqqı 420 manat təşkil edir. Həmin məbləğin əlli faizi tutulur. Qalan məbləği də əmək haqqı kartından çıxararaq ödəniş etməyə hazırdır. Bundan başqa bildirmək istəyir ki, himayəsində iki azyaşlı uşaq və 75 yaşlı ahıl anası var. Maddi imkanı olmadığı üçün icra sənədini birdəfəlik və ya daha çox məbləğləri ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məkhəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(020)-02/2021 saylı hökmündən görünür ki, iş üzrə Tələbkar tərəfindən X5 qarşı verilmiş mülki iddianln-27151 manat təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında icra sənədinin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Bununla bağlı olaraq məhkəmə nəzərə alır ki, X4 icra sənədinin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəməyə imkanının olmadığını göstərsə də, ərizəsinə əmlak vəziyyətinin ağırlığını təsdiq edən mötəbər sübutlar əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən ərizəçinin əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada, məhkəmə nəzərə alır ki, X4 məhkəməyə verdiyi ərizəsində həm də onunla bağlı icra sənədinin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu da sübut edən mötəbər dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beyləqan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(020)-02/2021 saylı hökmü əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 1(020)-02/2021 saylı hökmü əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar