Məhkəmə qərarları › İş №8(020)-83/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-83/2025

02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-83/2025 02.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Borclu iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “məcburi gətirilməsi” barədə Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mərdəli Nəcəfovtəqdimatla məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Təqdimat onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin e- 2(020)- 166/2024 nömrəli, xx.xx.2024-cü ii tarixli icra sənədi əsasən Borclu 10120,67 manat pul vəsaiti və 120,36 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqına qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X1 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəfindən qəbul edilərək borclu X1 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, o, icra məmurunun çağırışlarından yayınmamış, dəfərlərlə icra məmurunun yanında olmuşdur. Bu səbəbdən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu cəmi 10120,67 (on min yüz iyirmi manat 67 qəpik) manat məbləğində borc və 120,36 (yüz iyirmi manat 36 qəpik)) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı “ X2 Kompleksi” MMC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin qərar və bildiriş tərtib edilərək, Beyləqan Rayon Məhkəməsinin -2(020)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi üçün borcluya göndərilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədinin könüllü icra olunmadığı təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə, məhkəməyə təqdim edilmiş təqdimat və ona əlavə edilmiş sənədlərdə iş üzrə borclunun icra hərəkətini həyata keçirən icra məmurunun çağırışı ilə gəlməkdən üzürsüz səbəbdən yayınmasını təsdiq edən sübutların olmamasını və borclunun məhkəmənin ilk iclasına gəlməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Beyləqan Rayon Məhkəməsinin e-2(020)-166/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “məcburi gətirilməsi” barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar