Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-88/2025 30.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Beyləqan rayon İcra və Probasiya şöbəsinin böyük məmuru X1 iştirakları ilə, Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-617 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək, Beyləqan Rayon Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-617 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra sənədi üzrə Borclu oğlunun Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə (bundan sonra – Beyləqan RİPŞ) məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 01 fevral 2024-cü il tarixli qərarla icraatına başlanmış Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-617 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu (bundan sonra - borclu) cəmi 2128,65 manat pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün poçt vasitəsilə borcluya göndərilmişdir. Borcluya icra sənədini icra etməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu icra məmurunun həmin qətnamənin icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirmir və icra sənədi ilə bağlı Beyləqan RİPŞ-ya gəlməmişdir. Məhkəmə iclasında Beyləqan RİPŞ-nin icra məmuru X3 izahatında təqdimatın dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatdan və icra sənədi üzrə işin faktiki hallarından görünür ki, Beyləqan rayon Beyləqan rayon 1 saylı notariat kontorunun 8i-617 nömrəli, 22 yanvar 2024-cü il icra sənədi üzrə borclu icra məmurunun çağırışlarına dəfələrlə üzrsüz səbəbdən gəlməmişdir. Məhkəmə buna görə də hesab edir ki, təqdimat təmin olunmalı, icra sənədi üzrə borclu Beyləqan RİPŞ-ya məcburi gətirilməlidir. Məhkəmə şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsi və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilsin. Borclu – xx xxx 1992-ci il tarixdə Şamaxı rayonu, Qəleybuğurd kəndində doğulmuş, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Borclu Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Beyləqan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-88/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-88/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver