Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-96/2025 07.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və təqdimat vermiş şəxs – Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(020)-200/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 verdiyi təqdimata Beyləqan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru E.R.Rzayev verdiyi təqdimatda Beyləqan Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(020)-200/2022 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu (bundan sonra - borclu) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadının qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2022-ci il tarixli qərarla icraatına başlanılmış Beyləqan Rayon Məhkəməsinin 2(020)-200/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 12848,50 manat məbləğində borc və 129 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" ASC nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə borcluya 10 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmən təqdim edilmişdir. Borclu ödəniş etmədiyinə görə, onun icra vərəqəsi üzrə tələbkara 12848,50 (on iki min səkkiz yüz qırx səkkiz manat 50 qəpik) manat məbləğində borcu yaranmışdır. Borclunun əmlak vəziyyəti ilə bağlı müvafiq dövlət orqanlarına sorğular verilmişdir. Qeyd olunan səbəbdən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru E.R.Rzayev təqdimatın dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə iclasının sonuncunun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. - 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Məhkəmə icra işində olan, təqdimata əlavə edilmiş sənədlərin surətləri əsasında təqdimatda göstərilən faktiki halların icra işində eyni məzmunda öz əksini tapdığını, eləcə də Beyləqan rayon İcra və Probasiya şöbəsinin borcluya icra sənədini tam icra etməsi üçün xəbərdarlıq etsə də, sonuncunun icra sənədini üzürsüz səbəbdən tam icra etmədiyini müəyyən edir. Məhkəmə hesab edir ki, bu hal borclunun gələcəkdə icra sənədini tam icra etməkdən yayınmaq məqsədilə Azərbaycan Respublikası ərazisini tərk etməsi barədə əsaslı ehtimal yaradır. Məhkəmə yuxarıda göstərilən işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 11 fevral 2022ci il tarixli, 2(020)-200/2022 nömrəli icra sənədinin tam icra edilməsinin təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231.3, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Beyləqan Rayon Məhkəməsi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, 2(020)- 200/2022 nömrəli icra sənədinin icrası məqsədilə borclu – xx xxxxxxxx 1988-ci il təvəllüdlü, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olan, hazırda Beyləqan rayonu, İmamverdilər kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov
Məhkəmə qərarları › İş №8(020)-96/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-96/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver