Məhkəmə qərarları › İş №8(020)-99/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №8(020)-99/2025

17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 8(020)-99/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimatla müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 may 2024-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat aliment sabit pul məbləğində tutularaq, tələbkar X6 ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Beyləqan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönədilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq aidiyyəti təşiklatlara sorğular göndərilmişdir. Həmin tarixən bu vaxta kimi icra snədinin icra tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda Borclu Calaləddim oğlunun 3240 manat borcu var. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 may 2024-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X6 ödənilməlidir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-ci il tarixli qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-məhkəmə informasiya” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasını təmin etməkdən yayındığından Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Beyləqan Rayon Məhkəməsinin 2(020)-928/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borc (3240 (üç min iki yüz qırx) manat) tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar