Məhkəmə qərarları › İş №8(021)-1/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-1/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-1/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Tələbkar1, Tələbkar2, Tələbkar3, X1, Tələbkar5, X4 və Tələbkar7 Bərdə Rayon İcra və Probasiya şöbəsinin 17 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar1, Tələbkar2, Tələbkar3, X1, Tələbkar5, X4 və Tələbkar7 Bərdə Rayon İcra və Probasiya şöbəsinin 17 mart 2023-cü iil tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Sadiq Həsənov icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən icra sənədi Bərdə Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar1, Tələbkar2, Tələbkar3, X1, Tələbkar5, X4 və Tələbkar7 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon İcra və probasiya şöbəsinin 17 mart 2023-cü il tarixli Qərarının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar3 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1880/2020 saylı 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasasən cavabdehlər X16 və X18 tərəfindən tutulmuş kəndarası yol əvvəlki vəziyyətinə bərpa edilməsi və cavabdehlərin hərəkətinə qadağa qoyulması qətt edilmişdir. Qeyd edilən qətnamə əsasında tərtib edilmiş 2(021)-1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bu günə qədər qeyd edilən icra sənədi icra edilməmişdir. Onlar dəfələrlə Bərdə rayon İcra və probasiya şöbəsinə müraciət etsələr də bir nəticəsi olmamışdır. Hələ bu az imiş Şöbə 17 mart 2023-cü il tarixli qərar qəbul edərək icra sənədini icra etmədən Bərdə Rayon Məhkəməsinə qaytarmışdır. Beləliklə Bərdə rayon İcra və probasiya şöbəsi Məhkəmə qərarına hörmət etməmiş, öz vəzifə borcunu yerinə-yetirməmiş, sanki cavabdehlər X9 və X12 himayə edərək icra sənədini icra etmədən geri qaytarmışdır. Belə hesab edirik ki, Bərdə rayon İcra və probasiya şöbəsi “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası haqqında Qanunun tələblərini yerinə-yetirməmiş, əsassız olaraq icra sənədini geri qaytarmış, bu da onların gediş-gəliş hərəkətlərinin məhdudlaşdırılmasına, hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alıb, Bərdə rayon İcra və probasiya şöbəsinin İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 17 mart 2023-ci il tarixli qərarının ləğv edilməsinə, Bərdə Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən icra sənədinin tərtib edilərək icra ediİnıəsi üçün təkrarən aidiyyəti üzrə göndərilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarların ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclular X19 və X6 tutulmuş kəndarası yolun əvvəlki vəziyyətinə bərpa edilməklə açılması Tələbkar3 xeyrinə qərara alınmış, icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Sadiq Həsənov icra sənədi üzrə icraata xitam verilməsi barədə 17 mart 2023-cü il tarixli qərarına əsasən icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş AZE 08935352 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 22 iyul 1974-cü ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar2 xx xxxxxx 1964-cü ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar1 xx xxxxxxx 1977-ci ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar3 xx xxxxxxx 1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar6 xx xxxx 1942-ci ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 xx xxxxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar5 24fevral 1962-ci ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 16794 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Tələbkar7 02 xx xxxxxx 1965-ci ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuşdur, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan respublikası AliMəhkəməsinin 2(102)- 2085/2022 saylı, 17 may 2022-ci il tarixli qərarının surətindən müəyyənolunur ki, cavabdehlər X18, X16 və X2 birgə verdikləri kassasiya şikayətinin təmin olunmaması, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(104)-664/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alaınmışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin 17 mart 2023-cü il tarixli icra sənədinin icraata xitam verilməsi barədə qərarının surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1880 saylı, 12 iyun 2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0058 KOD 61005088 saylı Dövlət Aktına əsasən Bərdə rayon Aqrar islahat komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə X2, X7, X8, X10 və X3 mülkiyyətinə verilmiş 1.93 hektar torpaq sahəsi iki hissədən ibarətdir (1.20 ha və 0.73 ha). Bunlardan 1.20 ha olan hissə Cəyirli kəndinin yaxınlığında yerləşir və yuxarıda qeyd olunan yerquruluşu layihəsində həmin torpaq sahəsi ilə kənd arasında yol nəzərdə tutulmuşdur. Arxın layihədə nəzərdə tutulubtutulmamasını isə müəyyən etmək mümkün deyildir. Həmin torpaq sahəsi ilə Bərdə rayonu Cəyirli yaşayış məntəqəsinin (kəndinin) arasında nəzərdə tutulmuş yolun mövcud situasiyaya görə (yol bir neçə yerdən daş və metal hasarla kəsilərək həyətyanı kimi istifadə edildiyindən yerini dəyişib-dəyişməməsini təyin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş həqiqətən Bərdə rayon Cəyirli kəndində ümumi kənd əhalisi üçün ayrılmış torpaq yol bələdiyyə mülkiyyətində olmaqla kənd əhalisi üçün ayrılmışdır. İsmayılov Vidadi özünə və ailə üzvlərinə aid olan JN 56 nömrəli 61005088 dövlət aktına əsasən 1.2 hektar torpaq sahəsini ev tikmək üçün ayrı-ayrı şəxslərə satmış, ondan torpaq alan şəxslər ölçü hüdudlarından kənara çıxaraq kənd əhalisi üçün ayrılmış yolu öz həyətlərinə qatıb mişar daşı ilə hasarlayıb bağlamışlar. Bərdə Rayon Məhkəməsinin sorğusu əsasında alınmış 26 yanvar 2020-ci il tarixdə 107 nömrəli mütəxəssis rəyi xəritə və sxemə əsaslanaraq, Gəncə Apellyasiya Məhkəməsinin sorğusu əsasında alınmış 08 dekabr 2020-ci il 393 nömrəli mütəxəssis və ekspertiza rəyinə əsaslanaraq kəndin yolunun uzunluğu 400 metr eni 6 metr olan yolun açılmasına dair yolu bağlayan vətəndaşlara dəfələrlə yolun açılması tələbini bildirsədə yolu bağlayan şəxslər kəndin bağlanmış yolunu açmırlar. Yolun bağlanması ilə əlaqədar o, Bərdə rayon İcra Hakimiyyətinə, Bərdə rayon Polis şöbəsinə öz məlumatını vermişdir. İş materiallarına əlavə edilmiş 27 fevral 2023-cü il tarixli, 8(021)-196/2023 saylı qərardadından müəyyən olunur ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X31 Rayon Məhkəməsinin 12iyun 2020-ci il tarixli,2(021)1880/2022 nömrəli qətnaməsinin izah edilməsinə dair ərizəsinin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 12iyun 2020-ci il tarixli, 2(021)-1880/2020nömrəli qətnaməsinə onun məzmunu dəyişdirilmədən izah verilməsi, Bərdə rayonu, Cəyirli kəndində yerləşən kəndarası yol X11, X14 məxsus fərdiyaşayış evinin qarşısından yolun açılması kimi başa düşülməsi olduğu izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 191 saylı, 23 dekabr 2022-ci il tarixli X15 Dövlət Agentliyi "xxxx" MMC tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş məktubda Bərdə rayonu, Cəyirli kəndində onların xidməti avtomobil yolunun olmadığı, həmin yolun bələdiyyə yolu olduğu,bələdiyyə yolları haqqında isə onların heç bir məlumatı olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-133/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli Qərardadından müəyyən olunur ki, X18 və Əsədova Ceyhunə teymuur qızı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 8(021)-196/2023 saylı iş üzrə 12 iyul 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 17 mart 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərarı ləğv edilməli, Tələbkar1, Tələbkar2, Tələbkar3, X1, Tələbkar5, X4 və Tələbkar7 Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 17 mart 2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsi barədə qərarı ləğv edilməsi və Bərdə Rayon Məhkəməsinin 2(021)- 1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Tələbkar1, Tələbkar2, Tələbkar3, X1, Tələbkar5, X4 və Tələbkar7 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Sadiq Həsənovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 17 mart 2023-cü il tarixli qərarı ləğv edilsin və Bərdə Rayon Məhkəməsinin 2(021)-1880/2020 saylı 12 iyun 2020-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar