Məhkəmə qərarları › İş №8(021)-1/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-1/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-1/2025 06.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi , X1 iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)- 2793.2800,2807.2835/2016 saylı icra sənədinin indeksasiya olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, icra vərəqələrində tələb olunan pulun indeksasiya olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)-2800/2016 nömrəli qətnaməsinə əsasən onun işlədiyi dövrdə istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət pulunun alınıb verilməsi ilə bağlı Bərdə rayon icra və probasiya şöbəsinə icra vərəqəsi daxil olmuşdur. İcra işi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X9 həvalə edilmişdir. Lakin icra məmuru icra vərəqəsindəki pulun hesablanmasında düzgün etmədiyi üçün məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli 2(021)-2800/2016 saylı icra sənədində X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət və onun məbləği barədə izah verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 8(021)-340/2022 nömrəli qərardadı ilə ərizə təmin edilərək onun istifadə etmədiyi 21 illik məzuniyyətin olması və həmin illər üzrə cəmi 1083,18 manat pul hesablanması nəzərə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 8(104)-26/2023 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 8(021)-340/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli və 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş və Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)- 2800/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadına əsasən Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Bərdə Rayon Məhkəməsinin 25 may 2016- ci il tarixli 2(021)-2793.2800,2807.2835/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi təmin edilməmişdir. Daha sonra o Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 8(021)-305/2023 nömrəli qərardadından şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 8(021)-305/2023 nömrəli qərardadına əsasən şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 17 iyul 2023- cü il tarixli, 8(104)-103/2023 nömrəli qərardadına əsasən Bərdə rayon icra və probasiya şöbəsinin Bərdə Rayon məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)-2800/2016 nömrəli qətnaməsinə izah verilməsi barədə ərizəyə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadından onun tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadının tam, 19 iyun 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadının isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməsi, Bərdə Rayon məhkəməsinin 25 may 2016-cı il tarixli 2(021)- 2800/2016 nömrəli qətnaməsinə izah verilməsi barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Sahil Rzayevin ərizəsinə yenidən baxılması üçün işin məhkəməyə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadı ilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli 2(021)- 2793,2800,2807,2835/2016 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi təmin edilərək, X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyətinin olması və onun məbləğinin 1203.54 manat olması müəyyən edilmişdir. Lakin Bərdə Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 8(021)-305/2023 nömrəli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(021)- 305/2023 nömrəli qərardadı ilə X1 Bərdə Rayon Məhkəməsinin 8(021)- 340/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(104)-141/2023 saylı qərardadı ilə vermiş olduğu şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 8(021)-340/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 Bərdə Rayon Məhkəməsinin 25 may 2016-ci il tarixli, 2(021)-2800/2016 saylı icra sənədində X4 istifadə etmədiyi 24 iş ili üçün məzuniyyət və onun məbləği barədə ərizəsi təmin edilməmişdir. Hazırda problemi 24 iş ili üçün istifadə etmədiyi məzuniyyət pulunun düzgün hesablanmamasıdır. Belə ki, 2014, 2015 və 2016-cı ilin aprel ayına kimi olan istifadə edilməmiş məzuniyyət məbləği cəmi 120.36 manat hesablanmış, MTİS1 tərəfindən həmin məbləğ hesablanaraq 1203.54 manat olmuşdur. Məzuniyyət pulu düzgün hesablanmadığı üçün yenidən pulun müvafiq indeksasiyadan keçirilməsini istəyir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(104)-141/2023 saylı qərardadından tutulmalı pul məbləğinin müvafiq indeksasiyasının keçirilməsi üçün məhkəmə müraciət etmək hüququ olduğu ona izah edilmişdir. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) X1 icra sənədindəki tələb olunan pulun yenidən müvafiq indeksasiya olunması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı ilə X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 17 aprel 2024-cü il tarixli 8(021)-79/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməsi , X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə baxılıb yenidən hüquqi qiymət verilməsi üçün iş Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 8(021)-79/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 icra sənədindəki tələb olunan pulun yenidən müvafiq indeksasiya olunması barədə ərizəsi üzrə mütəxəssis rəyinin verilməsi üçün iş materiallarının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilmiş, məhkəmə iclasına ərizəçi gəlmişdir. Məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin təmin edilməsini, icra vərəqələrində tələb olunan pulun yenidən müvafiq indeksasiyasının olunmasına dair qərardad qəbul olunmasını xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki,

1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.

2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunu: Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Belə ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Bərdə Rayon Məhkəməsinin 25 may 2016- ci il tarixli 2(021)-2793.2800,2807.2835/2016 saylı icra sənədi üzrə X2na ödənilməli olan əmək haqqı Azərbaycan Mənzil Komplekt Layihə Təmir Birliyinin Bərdə Mənzil İstismar Sahəsi tərəfindən tam şəkildə ödənildiyindən həmin icra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixli qərarla xitam verildiyi qeyd edilmişdir. Hal-hazırda icra sənədi tam şəkildə icra edildiyindən icra sənədinin icraatına xitam verilmişdir. Bu halda ödənilmiş pul məbləğinin indeksasiyası həyata keçirilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 232, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Ərizə təmin edilməsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə ("Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar