Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-107/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, tələbkarın nümayəndəsi X3 iştirakı ilə, X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3042/2019 nömrəli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə verərək, Bərdə rayon icra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 3042/2019 nömrəli icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3042/2019 nömrəli qətnaməsinə əsasasən cavabdeh X5 iki uşağın saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə aralarında razılaşmışlar ki, alimenti ödəsin. Lakin cavabdeh aliment borcunu ödəmir. Hazırda cavabdehin 11500 manat aliment borcu yaranmışdır. Bildirir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra işinin geri qaytarlmasına dair qərarını xx.xx.2023-cü il tarixdə məlumatı olmuş və surətini icra şöbəsindən almışdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X6 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 04312581 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1952-ci il tarixdə Kəlbəcər rayonu, Oruclu kəndində anadan olmuşdur. Bərdə rayonu, Samux kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)- 3042/2019 nömrəli icra sənədi Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılma səbəbi aradan qalxdığından, borclu aliment borcunun ödənilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifələri icra etmədiyindən və tələbkara olan aliment borcunu ödəmədiyindən, həmçinin qəbul edilmiş məhkəmə qərarı bugünədək borclu tərəfindən tam şəkildə icra edilmədiyindən və icra sənədinin icrasının təmini məqsədilə Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3042/2019 nömrəli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3042/2019 nömrəli icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-107/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-107/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver