Məhkəmə qərarları › İş №8(021)-108/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-108/2024

28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-108/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarın ləğv olunması və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı qətnaməsinə əsasən borclu X7 5700 manat pul alınaraq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Daha sonra borclunun barəsində məlumatlar dəqiq göstərilmədiyindən icra sənədi geri qaytarılmışdır. Hazırda borclunun barəsində məlumatlar tam olaraq əldə olunduğundan hazırda Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə zərurət yaranmışdır. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə iclasına tələbkar gəlmiş, digərləri gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. X2 məhkəmə iclasında tələbini müdafiə edərək,təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 2847/2022 saylı qətnaməsindən görünürki, cavabdeh X7 5700 manat pul alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət olunmuşdur. Ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki , İcra haqqında Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədi icraata başlanılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədinə borclu X7 5700 manat pul alınaraq X3 xeyrinə ödənilməsi qət olunmuş, lakin sonradan icra sənədi məhkəməyə geri qaytarılmışdır. Tələbkarın müraciəti əsasında icra sənədinin yenidən icraata yönəldilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv olunmalı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: X1 ərizəsi təmin edildin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında ”qərarı ləğv olunsun. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2847/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar