Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-109/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə X1 Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3007/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MM QBKT-dan götürdüyü 5506,68 manat kredit borcunun onun tərəfindən ayda 50 (əlli) manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, X8 zaminliyi ilə "xxxx" X12-Bank Kredit Təşkilatından kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli, **********2473 saylı restrukturisiyasiya müqaviləsi əsasında 5817,81 manat, xx.xx.2019-cu il tarixli, **********2460 saylı restrukturisiyasiya müqaviləsi əsasında 3266,63 manat kredit götürmüşdür. Müəyyən dövrdə aldığı kredit borcunu ödəməyə başlamış və kreditin məbləği xeyli azalmışdır. Lakin Bank tərəfindən verilən son məlumatda göstərilir ki, birinci götürdüyü kreditdən 4840,04 manat, ikinci kreditdən 1817,87 manat, cəmi 5506,68 manat məbləğində kredit ödənilməmiş qalmışdır. Hansı ki, o, xeyli məbləğdə pul ödəmişdir. Bakı şəhərində yaşadığı üçün Qazıqurdalı kəndində yaşayan qohumları vasitəsilə öyrənmişdir ki, bu iş məhkəməyə verilmiş və məhkəmənin qətnaməsi İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən kreditin tutulması onun və ailəsinin yeganə ümid yeri olan 345 (üç yüz qırx beş) manat pensiyasına yönəldilmişdir. Vəziyyətlərinin ağır olması, yeganə ümid yerlərinin pensiyası olması və kredit borcunun pensiyadan tutulmasının qarşısının alınması məqsədilə X15 cənablarına ərizə ilə müraciət etmişdir. Ərizəsində ayda 30-50 manat məbləğində pul ödəyə biləcəyini qeyd etmişdir. Ərizəsi Milli Banka, oradan isə "xxxx" MM QBKT-na göndərilmişdir. "xxxx" tərəfindən ona ünvanlanan məktubda göstərilir ki, bu barədə məhkəmənin qərarı var və bu cür hallar məhkəmə tərəfindən həll edilir. Qeyd etmək istəyir ki, götürdüyü kredit borcunu ödəməkdən imtina etmir və gələcəkdə imkanı yaranarsa tam ödəməyə belə çalışacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq X2, tələbkar "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsi və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən işə X1, tələbkar "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMM-nin nümayəndəsinin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə X1 ərizəsində göstərilən dəlilləri müzakirə edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3007/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Qeyri Bank Kredit X7 Müəssisəsinin cavabdehlər X5 və X10 qarşı borc tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3 və X6 müştərək qaydada **********2460 saylı kredit müqaviləsinə əsasən 2771.02 manat əsas, 25.36 manat faiz, cəmi 2796.38 (iki min yeddi yüz doxsan altı manat 38 qəpik) manat kredit borcu və **********2473 saylı kredit müqaviləsi üzrə borcun məbləği 5461.49 manat əsas, 45.19 manat faiz, cəmi 5506.68 (beş min beş yüz altı manat 68 qəpik) manat borc və 104 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməsi qət edilmişdir. X1 ərizəsinin məzmunundan görünür ki, o, Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(021)-3007/2022 saylı qətnaməsini ayda 50 manat olmaqla hissə-hissə icra etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icrası məsələsinə baxılarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi, həm Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin olunması uzun müddətdir ki, pulu ala bilməyən tələbkar "xxxx" QBKT MMM-nin bundan sonra da həmin pula dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyrimüəyyən vəziyyətə salır və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X11 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını reailizə etmək imkanından məhrum olunması ilə nəticələnməsinə gətirib çıxarmasına səbəb olardı. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbayjan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırkı ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yunanıstan Neft emalı zavodu “Stern” Yunanıstana qarşı” işində arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “Əmlak” hesab edilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hörnbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə, bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, «ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və X11 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhəkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin ounması uzun müddət pulu ala bilməyən tələbkar "xxxx" Qeyri Bank Kredit Təşkilatı MMM-nə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə zidd olmaqla, həmin maddələrin pozulması ilə nəticələndiyindən ərizə təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldİ: X1 Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(021)-3007/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-109/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-109/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver