Məhkəmə qərarları › İş №8(021)-114/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-114/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-114/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X3 Eldar oğlunun Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(104)- 1709/2023 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 Eldar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, tələbkar Nuriyeva Mehriban İslam qızına borclu olduğu 12500 manat borc məbləğinin hər ay 300-400 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X3 Eldar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Nuriyeva Mehriban İslam qızı ona qarşı pul tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(021)-1114/2022 saylı qətnaməsi ilə, ondan 12.500 (on iki min beş yüz) manat məbləğində pul və 127,50 manat ödənilmiş dövlət rüsumu tutularaq Nuriyeva Mehriban İslam qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, iddiaçı Nuriyeva Mehriban İslam qızının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnaməyə əsasən ondan 27.500 (iyirmi yeddi min beş yüz) manat pul utularaq iddiaçının xeyrinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(104)- 2479/2022 saylı qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının, 22 may 2023-cü il tarixli, 2(102)-1904/2023 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(104)-2479/2022 saylı qətnaməsi ləğv edilərək iş yeniden apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(104)- 709/2023 saylı qətnaməsinə əsasən iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə, ondan 12.500 (on iki min beş yüz) manat məbləğində pul və 127,50 manat ödənilmiş dövlət rüsumu tutularaq Nuriyeva Mehriban İslam qızının xeyrinə verilməsi qǝt edilmişdir. Hazırda tələbkara borclu olduğu pulu tam şəkildə ödəyə bilmir. Belə ki, heç bir yerdə işləmir, başqa yerdən gəliri yoxdur, mülkiyyətində heç bir əmlakı yoxdur. Hazırda ailəlidir, iki azyaşlı övladı var, ailə üzvləri 4 nəfərdən ibarətdir. Ondan tutulmalı olan borc məbləği maddi vəziyyəti ilə əlaqədar bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Buna baxmayaraq məhkəmə qətnaməsi ilə qət olunmuş pul vəsaitindən hər ay 300-400 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və Bərdə rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X2 DOST Mərkəzindən verilmiş arayışdan görünür ki, Səmədov Ceyhun Eldar oğlunun adına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Ərizəyə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(104)- 1114/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Nuriyeva Mehriban İslam qızının cavabdeh Səmədov Ceyhun Eldar oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Səmədov Ceyhun Eldar oğlundan 12500 manat məbləğində pul və 127.50 manat dövlət rüsumu alınaraq iddiaçı Nuriyeva Mehriban İslam qızına verilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1904/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(104)-2479/2022 saylı qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan 12500 manat pul məbləği hissəsində dəyişdirilmiş , cavabdehdən 27500 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi , apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100.5 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh və iddiaçı ayrı-ayrılıqda kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(102)-1904/2023 saylı qərarına əsasən iddiaçı Nuriyeva Mehriban İslam qızının kassasiya şikayəti təmin olunmamış, cavabdeh Səmədov Ceyhun Eldar oğlunun kassasiya şikayəti təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(104)-2479/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Ərizəyə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(104)-1709/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Nuriyeva Mehriban İslam qızının və cavabdeh Səmədov Ceyhun Eldar oğlunun apellyasiya şikayətlərinə baxılmış, iddiaçı və cavadehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi , Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(104)-1114/2022 saylı qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılması, cavabdeh Səmədov Ceyhun Eldar oğlundan 12500 manat məbləğində pul və 127.50 manat dövlət rüsumu alınaraq iddiaçı Nuriyeva Mehriban İslam qızına verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X3 Eldar oğlu maddi imkanı olmadığına görə icra sənədi üzrə borcunu vaxtında ödəyə bilməmişdir.Buna görə də X3 Eldar oğlu ərizəsinə əlavə etdiyi sübutlarə nəzərə alınmaqla Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(104)-1709/2023 saylı qətnaməsinin hissəsinə -hissə icra olunmasını xahiş etmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsində qeyd olunur: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. X3 Eldar oğlu ailəli olmasını, himayəsində azyaşlı iki uşaqlarının olmasının nəzərə alınmasını, iş yerinin və əlavə gəlirinin olmamasını qeyd etsə də, məhkəmə hesab edir ki, qətnamənin hissə-hissə icra olunması məsələsinə baxılarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Hazırkı halda borclu tərəfindən qətnamənin hissə-hissə icra olunması üçün tələbkarın razılığını əks etdirən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır . Məhkəmə hesab edir ki, X3 Eldar oğlunun ərizəsində istinad etdiyi hallar sübuta yetmədiyindən, həmin halları təsdiq etməyə kifayət qədər sübutlar ərizəçi tərəfindən məhkəməyə təqdim olunmadığından X3 Eldar oğlunun Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(104)-1709/2023 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Eldar oğlunun Gəncə Apellyasiya Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(104)- 1709/2023 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar