Məhkəmə qərarları › İş №8(021)-115/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-115/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-115/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən cəmi 5208 manat məbləğində tutularaq tələbkar Yelobank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam ödənildiyindən Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına tələbkar, borclular və icra məmuru gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu, X2 və X1 müştərək qaydada xx.xx.2014-cü tarixli, 12-Z2-1-0-1283-14 nömrəli kredit müqaviləsi üzrə 3374,17 manat əsas, 4.39 manat faiz, 20,09 manat cərimə olmaqla, cəmi:-5208,65 (beş min iki yüz səkkiz manat 65 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-in Bərdə filialının xeyrinə ödənilməsi qət olunmuşdur . Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc məbləğinin Borclu məxsus olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş tələbkar Yelobank ASC tərəfindən Bərdə rayon icra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədə kredit müqaviləsi üzrə Borclu bank qarşısında heç bir öhdəliyi olmadığı qeyd olunmuşdur. Təqdimata əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğu qeyd olunmaqla, Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borc tam ödənildiyindən Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadın ləğv olunması və Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)- 757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməli, Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nişanlı avtomobil cərimə meydançasından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-757/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bərdə rayon məhkəməsinin 2(021)-305/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan Hyundai Sonata minik markalı **-HT-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil cərimə meydançasından çıxarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar