Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-117/2024 28.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(115)-1483/2023 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-2(115)-1483/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1483/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən Borclu 5837 manat pul vəsaiti və 78 manat dövlət rüsumu alınaraq “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tərəflərindən Elektron İcra Sistemindən çıxarışdan müəyyən edilmişdir ki, Borclu məxsus olan Bərdə rayonu, Məmmədli kəndində yerləşən 4.68 ha təsərüfat təyinatlı əkin torpaq sahəsi qeydiyyatdan keçmişdir. Elektron İcra Sistemindən çıxarış da iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli e-2-2(115)-1483/2023 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 5698 manat əsas borc, 139 manat cərimə olmaqla ümumilikdə 5837 manat borc tutularaq tələbkar “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin Borclu 78 manat 37 qəpik dövlət rüsumu da tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bərdə Rayon İcra Bölməsinin icra məmuru X1 xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və Borclu tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu adına Bərdə rayonu Məmmədli kəndi ərazisində 4.6805 ha əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçir. Məhkəmə təqdimatın qismən təmin edilməsini mümkün hesab edərək, borcluya məxsus 4.68 ha təsərüfat təyinatlı əkin sahəsinin tələbin borc məbləği həddinə uyğun olaraq 3.68 ha hissəsinə həbs qoyulmasının mümkünlüyünü müyyən etdi. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Təqdimatdan da göründüyü kimi torpaq sahəsinin ölçüsü 4.68 ha təşkil etdiyindən məhkəmə hesab edir ki, 1 ha istisna olmaqla digər 3.68 ha torpaq sahəsinin üzərinə tələb həddində həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, əmlakın üzərinə həbs qoyulması yolu ilə icra sənədinin icra edilməsinin təmini mümkün olduğundan icra məmurunun təqdimatı qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1483/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə tələb borc məbləği həddində əmlaka yönəldilərək xx.xx.1968-cı il təvəllüdlü, Bərdə rayonu Məmmədli kəndində yaşayan Borclu məxsus 4.68 ha təsərüfat təyinatlı əkin sahəsinin 3.68 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-117/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-117/2024
28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver