Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-118/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1429/2023 icra sənədi üzrə tələbin əmlaka yönədlilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1429/2023 saylı icra sənədi üzrə borc məbləğinin həddində Borclu məxsus olan Bərdə rayonu Xanağalı kəndində olan 1.74 ha təsərrüfat təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərinə tələb həddində həbs qoyulması, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(115)-1429/2023 icra sənədi üzrə Borclu cəmi 23318 manat tutularaq tələbkar pul iddiaçı “X4 Kompleksi" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu mülkiyyətində olan Bərdə rayonu Xanağalı kəndində yerləşən 1.74 ha torpaq sahəsi olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(115)-1429/2023 icra vərəqəsindən görünür ki, 22633 manat məbləğində əsas borc, 526 manat cərimə olmaqla, 23159 (iyirmi üç min yüz əlli doqquz) manat borcun ə 159.48 manat dövlət rüsumu tutularaq iddiaçı “X4 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, cavabdeh Borclu 200 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu adına 1.74 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Məhkəmə hesab edir ki, təqdimat Borclu adına qeydiyyata alınmış 1.74 ha torpaq sahəsinin 0.74 ha hissəsinə münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə 05 iyun 2002-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat qismən təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1429/2023 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Bərdə rayonu Xanağalı kəndində yerləşən 1.74 ha torpaq sahəsinin 0.74 ha hissəsinə münasibətdə yönəldilməklə həmin əmlak üzərinə tələb həddində həbs qoyulmalı, əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələb icra edilməlidir Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin olunsun. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1429/2023 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Bərdə rayonu Xanağalı kəndində yerləşən 1.74 ha torpaq sahəsinin 0.74 ha hissəsinə münasibətdə yönəldilməklə həmin əmlak üzərinə tələb həddində həbs qoyulsun. Əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələ icra edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-118/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-118/2024
15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver