Məhkəmə qərarları › İş №8(021)-13/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-13/2025

10.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-13/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Tələbkar BOKT Azpul MMC-nin Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar BOKT Azpul MMC məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ- 21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən Borclu BOKT Azpul MMC- nin xeyrinə 130 ( yüz otuz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddələrinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılması haqqında 18 aprel 2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədinin geri qaytarılmasına dair 18 aprel 2024-cü il tarixli qərar qanunsuzdur. Belə ki, qərarda icra tədbirlərinin həyata keçirilməsi qeyd olunsada bu tədbirlərin nədən ibarət olması göstərilməmiş,və Qanunun 23.3 – cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Tələbkar BOKT Azpul MMC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının BOKT Azpul MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra qeydindən görünür ki, Borclu **********2 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 57 manat 50 qəpik (əlli yeddi manat əlli qəpik), 47 manat 50 qəpik ( qirx yeddi manat əlli qəpik) məbləğində cərimə peniya, 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 130 manat (yüz otuz manat ) Bank Olmayan Kredit X3 Məsuliyyətli Cəmiyyətinin xeyrinə pul tutulmalıdır. Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3cü maddəsinə əsasən Bərdə regional ASAN Xidmət mərkəzində notariat Kontoruna qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etdi ki, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra vərəqəsi icra olunması üçün icra şöbəsinə göndərilmiş, lakin Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddələrinə əsasən Bərdə regional ASAN Xidmət mərkəzində notariat Kontoruna qaytarılmışdır Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunmalı, Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar BOKT Azpul MMC-nin ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv olunsun. Bərdə regional ASAN Xidmət mərkəzində notariat ofisinin 8İ-21485 saylı, 13 sentyabr 2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar