Məhkəmə qərarları › İş №8(021)-138/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-138/2024

17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-138/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadı üzrə Borclu adına olan “VAZ 21074” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadı üzrə Borclu adına olan “VAZ 21074” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmiş və heç bir borcu qalmamışdır, icra işinə xitam verilmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadı üzrə Borclu adına olan “VAZ 21074” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan məktubdan və xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Borclu və qeyrilərinin BOKT İnkişaf üçün Maliyyə MMC-yə olan kredit borcları tam şəkildə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadı üzrə Borclu adına olan “VAZ 21074” markalı, **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadı üzrə Borclu adına olan “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar