Məhkəmə qərarları › İş №8(021)-139/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-139/2024

18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-139/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)-2795/2018 icra sənədi üzrə tələbin əmlaka yönədlilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)- 2795/2018 saylı icra sənədi üzrə borc məbləğinin həddində Borclu 1/5 hissə ilə 4 nəfərlə birlikdə məxsus olan Bərdə rayonu Xanərəb kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərinə tələb həddində həbs qoyulması, əmlakın açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələbin icrasının təmin edilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)-2795/2018 icra sənədi üzrə Borclu 2 uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan Bərdə rayonu Xanərəb kəndində yerləşən 4 nəfərlə birlikdə 1/5 hissə 0.23 ha həyətyanı torpaq sahəsi olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)-2795/2018 icra vərəqəsindən görünür ki, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş uşaqlar - xx.xx.2008-ci il təvəllüdlü X9 ve xx.xx.2009-cu il təvəllüdlü X10 anası X4 yanında saxlanılsın. X5 xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla iki uşağa cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment 19 sentyabr 2018-ci il tarixdən tutularaq X8 verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, borcluya tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş məktubdan görünür ki, Borclu və 4 nəfər ailə üzvünə (1/5 hissə payla) məxsus 0.23 ha həyətyanı torpaq sahəsi xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)-2795/2018 saylı icra sənədi üzrə borc məbləği xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Borclu və (1/5 hissə payla) 4 nəfər ailə üzvünə məxsus olan Bərdə rayonu Xanərəb kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin borcluya aid hissəsinə münasibətdə yönəldilməklə həmin əmlaka üzərinə tələb həddində həbs qoyulmalı, əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələb icra edilməlidir Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Ağdam rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(013)-2795/2018 saylı icra sənədi üzrə borc məbləği xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Borclu və (1/5 hissə payla) 4 nəfər ailə üzvünə məxsus olan Bərdə rayonu Xanərəb kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsinin borcluya aid hissəsinə münasibətdə yönəldilməklə həmin əmlaka üzərinə tələb həddində həbs qoyulsun. Əmlak açıq hərracda satıldıqda satışdan əldə ediləcək vəsait hesabına icra sənədində göstərilən tələb icra edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar