Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-140/2024 18.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Bərdə rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 14avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz E 350 CGİ minik markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin üzərinə həbs qoyulması, avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra sənədi üzrə borclu cavabdeh Borclu və qeyrilərindən cəmi 29421,78 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Yelobank ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu "xxxx" İKB ASC-nin xeyrinə 17476.49 ABŞ dolları əsas, 9491.67 ABŞ dolları faiz , 2453.62 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29421.78 ABŞ dolları borcun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq iddiaçı Nikoyl bank ASC-nin xeyrinə ödənilməsi, tutmanın X2 mülkiyyətindəki Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı , 252.1 kv.m ümumi sahədən , 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməklə həmin əmlakın açıq hərracdan satılmasından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" İKB ASC –yə borc ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdeh X3 məxsus Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı , 252.1 kv.m ümumi sahədən , 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər X2, X1 və X5 Bərdə şəhəri Hüseyn Cavid küçəsində yerləşən 3 otaqlı , 252.1 kv.m ümumi sahədən , 56 kv.m yaşayış, 196.1 kv.m yardımçı sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2, X1, X5 həmin fərdi yaşayış evindən çıxarılması, əmlak boşaldılması və banka təhvil verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, elektron sistemdən axtarış zamanı Borclu mülkiyyətində Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə rayon Məhkəməsinin 14avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməli, avtomobilin üzərinə həbs qoyulmalı, avtomobil cərimə meydançasına yerləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə rayon Məhkəməsinin 14avqust 2018-ci il tarixli 2(021)-2511/2018 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan Mercedes Benz E 350 CGİ markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsin. Borclu məxsus olan Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulsun. Borclu məxsus olan Mercedes Benz E 350 CGİ minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına yerləşdirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-140/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-140/2024
18.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver