Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-141/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(104)-1709/2023 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(104)-1709/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(104)-1709/2023 nömrəli icra sənədinə əsasən Borclu cəmi 12627 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş sorğuya cavabdan görünür ki, Borclu 3 nəfər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda 0.038 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İcra məmuru həmçinin təqdimatında torpaq sahəsi üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(104)-1709/2023 nömrəli icra vərəqəsindən görünür ki, Borclu 12500 manat məbləğində pul vəsaiti və 127,50 dövlət rüsumu olmaqla cəmi 12627 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bərdə Rayon İcra Bölməsinin icra məmuru X2 xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Borclu könüllü icra müddətində tələbi yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayonu İcra və Probasiya şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-912/202 nömrəli əmlak haqqında məlumatın təqdim edilməsi barədə müraciət sorğusuna cavabdan məlum olur ki, Borclu ünvan 2 ünvanda 0,038 ha həyətyanı torpaq sahəsinə 3 nəfər ailə üzvü ilə birlikdə sahiblik hüququna malikdir. Beləliklə məhkəmə iş materialları əsasında Borclu icra məmurunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimatı ilə üzərinə həbs qoyulması nəzərdə tutulan 0,038 həyətyanı torpaq sahəsinə təkbaşına sahiblik hüququna malik olmadığını müəyyən etdi. Buna görə də məhkəmə icra məmurunun borclunun əmlakı üzərində həbs qoyulması təqdimatının icrasını mümkünsüz hesab edərək təqdimatı rədd etdi. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamaları təmin edəcək mənzil, ev və ya onun ayrlı-ayrı hissələri, həmçinin onlarının altında olan həyətyanı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Təqdimatdan da göründüyü kimi torpaq sahəsinin ölçüsü 0,038 ha təşkil etdiyindən və həmin həyətyanı torpaq sahəsi 3 nəfər ailə üzvləri ilə birlikdə paylı mülkiyyətdə olduğundan həmin əmlaka tələbin yönəldilməsi qanunvericiliklə mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(104)-1709/2023 nömrəli icra sənədi üzrə tələbin borc məbləği həddində Bərdə şəhəri, Xaqani küçəsi, ev 40-da yaşayan Borclu məxsus 0,038 ha həyətyanı torpaq sahəsinə yönəldilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətovanın təqdimatı rədd edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-141/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-141/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver