Məhkəmə qərarları › İş №8(021)-142/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-142/2024

23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-142/2024 23.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin nümayəndəsi X4, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq , Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədindən müəyyən olunur ki, Borclu Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğdə cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “X11” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1500 manat məbləğində inzibati cərimə və dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X5 məxsus olan “X11” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin nümayəndəsi X7 göstərdi ki, əmək müfəttişliyinə material daxil olmuş və həmin material əsasında yoxlama aparılarkən, Borclu iri buynuzlu mal-qara saxlamaq üçün əmək müqaviləsi olmadan işçi işlətdiyini aşkar etmiş və sonuncunun 1500 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul etmişlər. Borclu hazırkı vaxtadək ona təyin edilmiş cəriməni ödəməmişdir. Cərimənin ödənilməsinin təmin edilməsi üçün Borclu məxsus “X11” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Borclu gösdərdi ki, X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin 25 aprel 2023-cü il tarixli qərarına əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan cəriməni birdəfəyə ödəməyə imkanı yoxdur. Hər ay 200 manat ödəməyə gücü çatır. Təqdimatın təmin olunmasına etirazı yoxdur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional Şöbəsinin 25 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 18 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli icra sənədi üzrə icraat başlanılması, Borclu dərhal icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, Borclu adına “X12” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “Borclunun əmlakı (nəqliyyat vasitəsinin) üzərinə həbs qoyulması haqqında” Qərardan görünür ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan “X12” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərarın icrasının Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhər RQİ və TBŞ-yə həvalə edilməsi, borclunun əmlakı üzərinə həbs qoyulması barədə 24 saat müddətində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. -İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən Borclu Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu qeyd olunan qərarı icra etmədiyindən icra məmuru məhkəməyə təqdimtla müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarının icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu mülkiyyətində olan “X12” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi, həmin əmlakın üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “X12” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “X12” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar