Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-144/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən icra sənədi üzrə Borclu 3500 manat məbləğində inzibati cərimə tutularaq, dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışda göstərilir ki, Borclu məxsus “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Borclu İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə 3500 manat inzibati cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixdə “icraata başlamaq haqqında” qərarından görünür ki, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmişdir. Borclu barəsində sorğu edilmiş Elektron İcra Sistemindən çıxarışda görünür ki, Borclu məxsus “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliiyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1959-ci il təvəllüdlü, ünvan 1i ünvanında yaşayan Borclu mülkiyyətində olan “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərarın icrası Baş Dövlət Yol Polisi İdarəsi Yevlax RQİ və TBŞ-yə həvalə edilmişdir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, “Daimler Chrysler” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliiyi yanında X5 Xidməti Qarabağ Regional şöbəsinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “Daimler Chrysler” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-144/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-144/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver